Yasamalın icra başçısı sakinlərin üzərinə göndərilmiş polislərdən DANIŞDI - ÖZƏL
Bizi izləyin

Nida.az

Yasamalın icra başçısı sakinlərin üzərinə göndərilmiş polislərdən DANIŞDI - ÖZƏL

İbrahim Mehdiyev başçısı olduğu rayonunun Yeni Yasamal qəsəbəsində yerləşən binanın qarşısında tikintinin başlanmasına görə polis ilə sakinlər arasında yaşanan gərginliyə münasibət bildirib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev başçısı olduğu rayonunun Yeni Yasamal qəsəbəsində yerləşən binanın qarşısında tikintinin başlanmasına görə polis ilə sakinlər arasında yaşanan gərginliyə münasibət bildirib.

İ.Mehdiyev Publika.Az-a açıqlamasında deyib: “Bakı Şəhər İcra Hakimiyyətinin təsdiq layihəsi əsasında mən tikinti üzrə müavinimə tapşırmışam ki, gedib onların obyekt tikintisi ilə əlaqədar məsələni aydınaşdırıb yoluna qoysun. Ancaq məsələni dəqiqliyi ilə bilmirəm. Mən Yeni Yasamala da heç bir polis göndərməmişəm. Bu barədə deyilənlər yalandır”.

Xatırladaq ki, AzNews.az-ın məlumatına görə, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində binanın qarşısında tikintinin başlanması gərginlik yaradıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm