Nida.az
Azərbaycan və Rusiya Gömrük Komitələri arasında 3 sənəd imzalandı - FOTOLAR
Bu gün Dövlət Gömrük Komitəsində komitə sədri Aydın Əliyev Rusiya Federal Gömrük Xidmətinin rəisi Andrey Belyaninovu qəbul edib.
Publika.az-ın məlumatına görə, görüşdə Aydın Əliyev Azərbaycan və Rusiya arasında gömrük sahəsində əməkdaşlığın qədim tarixə malik olduğunu vurğulayıb. O, bu tarixin hələ keçmiş SSRİ dövründən başladığını deyib və Azərbaycanın gömrük tarixi barədən qonaqlara ətraflı məlumat verib. DGK sədri iki ölkə arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.
Rusiya ilə sərhəddə yerləşən Samur çayı üzərindəki körpünün vəziyyəti Dövlət Gömrük Komitəsini (DGK) narahat edir. Publika.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında DGK sədri Aydın Əliyev məlumat verib.
O bildirib ki, bununla bağlı Azərbaycan tərəfi artıq öz təkliflərini verib: “Artıq gələcəkdə körpünün təmiri və ya yenidən inşası zərurəti yaranıb. Nəzərə alsaq ki, Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini artrıqmaq istəyir və Rusiya Azərbaycanın ticarət tərəfdaşlığında ilk sırada gedən ölkədir. Belə olan təqdirdə körpü məsələsi gündəmdə qalacaq”.
Aydın Əliyev vurğulayıb ki, Rusiya ilə sərhəddə gələcəkdə yeni gömrük-keçid məntəqələrinin açılması nəzərdə tutulmur.
Andrey Belyaninov Rusiyanın regional əməkdaşlığa böyük önəm verdiyini bildirib və qonşu ölkələrlə daha da sıx əməkdaşlıq etmək istədiklərini açıqlayıb.
O bildirib ki, bəzi sərhədyanı gömrük məntəqələrində infrastrukturun inkişaf etməməsi hər iki tərəfi narahat etməlidir: “İnfrastrukturun inkişaf etməməsi ikitərəfli ticarət dövriyyəsinə təsir göstərir. Biz Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsini artırmaq niyyətindəyik. Əsas diqqəti isə tez xarab olan malların gömrük keçid məntəqələrindən daha asan keçirilməsinə nail olmaqdır”.
Görüşün sonunda 3 sənəd imzalanıb. Bunlar 2015-2016-cı illər üçün Dövlət Gömrük Komitəsi və Rusiya Federal Gömrük Xidməti arasında da qarşılıqlı xidmət haqqında, Statistik məlumatlarının informasiya mübadiləsinin texnoloji sxemi barədə və kadrların peşəkar hazırlanması barədə olub.
Vasif Həsənli
FOTOLAR Elçin Muradındır
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO