“Bakı Putindən asılı deyil, sadəcə, ağıllı manevr edir” – Rusiyadan açıqlama
Bizi izləyin

Nida.az

“Bakı Putindən asılı deyil, sadəcə, ağıllı manevr edir” – Rusiyadan açıqlama

“Azərbaycan ABŞ və Britaniya ilə sıx enerji bağlılıqlarının olmasına baxmayaraq, Qərb və Şərq arasında ciddi manevr edə bilir. Şərq deyəndə mən təkcə Rusiyanı yox, Çin və İranı da nəzərdə tuturam”.


Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Vitali Arkov deyib.


Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev xarici siyasəti sağlam düşüncə və ayıq hesablamalarla apara bilir: “AŞPA-da Rusiya əleyhinə sanksiyalara qoşulmamaqda səbəb Bakının Putinin qarşısında hansısa öhdəliyinin olmasından irəli gəlmir. Sadəcə olaraq, Azərbaycan rəhbərliyi xarici siyasətində ağıllı manevrlər etməyi bacarır. O başqa məsələdir ki, Rusiya hələ də öz gücünü anlayır və digər ölkələr onunla hesablaşmaq məcburiyyətində qalırlar”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm