Saakaşvili: “Putin bunun üçün bütün yollardan istifadə edəcək”
Bizi izləyin

Nida.az

Saakaşvili: “Putin bunun üçün bütün yollardan istifadə edəcək”

“Dnestryanı əraziyə quru dəhlizin yaradılması Vladimir Putinin əsas hədəfidir və bunun üçün Ukraynada hərbi çevriliş də daxil olmaqla bütün yollardan istifadə edəcək”.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, belə bir iddia ilə Ukraynanın “5 kanal”ının efirində Gürcüstanın sabiq prezidenti Міхail Saakaşvili çıxış edib.

“Putinin hazırkı hədəfi Debaltsevonu ələ keçirmək, sonra isə Krıma Volnovaxa vasitəsilə dəhliz açmaqdır. Əgər hər şey ssenari üzrə davam edərsə, sonrakı hədəflər Odessa, Bessarabiya, Moldova və Dnestryanıya çıxmaqdır. Bu isə artıq dəhlizdir”, - Saakaşvili bildirib.

Xatırladaq, daha əvvəl eyni fikirləri Ukraynanın baş naziri Arseniy Yasenyuk da söyləyib. Onun sözlərinə görə, Krımın zəbt edilməsi Rusiya prezidentinin planının birinci mərhələsi idi. Baş nazir qeyd edir ki, ikinci mərhələ Donbas hövzəsində dondurulmuş münaqişənin yaradılması, üçüncü mərhələ isə Odessa vasitəsilə Dnestryanı əraziyə dəhlizin yaradılmasından ibarətdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm