Nida.az
“The Washinqton Times”: “ABŞ-ın yanaşması Bakıda məqbul hesab edilmir”
“Azərbaycan liderləri hesab edirlər ki, Obama administrasiyası Avrasiya üzrə uzunmüddətli dəqiq geosiyasi strategiya yürütməlidir”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The
Washinqton Times” nəşrində “Azərbaycan ABŞ-a dəqiq strategiya
olmadığı üçün Avrasiyada təsir itkisinə məruz qaldığı haqda
xəbərdarlıq edir” başlıqlı məqalədə deyilir.
Nəşr yazır ki, Amerika regionda təsirini itirə, onun müttəfiqləri
isə enerji resurslarını riskə ata bilərlər: “Şimaldan Rusiya,
Cənubdan İranla həmsərhəd olan, Şərqdən Xəzər dənizinə çıxışa malik
Azərbaycanın əhəmiyyətli neft və qaz ehtiyatları var. O, öz enerji
resurslarını “Cənub qaz dəhlizi” vasitəsilə ABŞ və Avropanın üzünə
açıb. Dağlıq Qarabağ probleminə ABŞ-ın yanaşması Bakıda məqbul
hesab edilmir. Onlar bu cür bəyanatları daha çox ikili standart
olaraq qəbul edirlər”.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov hesab edir ki, ABŞ
region problemlərinin həllində səylərini ümumi strategiya olmadan
boş yerə xərcləyir.
“The Washinqton Times” bu gün Amerikanın regionda strateji nöqteyi-nəzərdən daha az dostunun olduğunu qeyd edib.
Asif Nərimanlı
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ