• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanlılara qarşı olan Dərbənd rəhbərinə cinayət işi açılır – ÖZƏL

  • Nida.az
  • 5 Fevral 2015 11:48
  • 673 Baxış
Azərbaycanlılara qarşı olan Dərbənd rəhbərinə cinayət işi açılır – ÖZƏL

Dərbənd Şəhər Məclisinin sədri, azərbaycanlılara qarşı sərt mövqeyi ilə seçilən İmam Yarəliyevə cinayət işi qaldırıla bilər.


Publika.az-a Dərbənddəki mənbələrdən daxil olan məlumata görə, Dərbənd Şəhər İcra Hakimiyyətinin tikinti və arxitektura idarəsinin müdiri əslən azərbaycanlı olan Kamil Seyidov vəzifəsindən uzaqlaşdırılıb. Onun haqqında Dərbənd prokurorluğu tərəfindən torpaqların qeyri-qanuni satılması ilə bağlı yoxlamalar başlayıb.

K. Seyidov istintaqa verdiyi ilkin ifadədə bütün torpaqları məhz İmam Yarəliyevin göstərişi ilə satdığını bildirib.

Ehtimallara görə, yaxın vaxtlarda İ. Yarəliyev istintaqa cəlb olunacaq. Lakin mənbə xüsusi bir məqama da toxunub.

“İmam Yarəliyevin arxasındakı qüvvə Rusiya prezidenti Vladimir Putinin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsi Sergey Melikovdur. Onun Dağıstan rəhbəri Ramazan Abdulatipovla qarşıdurması var. İmam Yarəliyevin istintaqa cəlb olunmasını Abdulatipov istəyir. Lakin Melikov hələlik buna imkan vermir”, - deyə məlumatda qeyd olunur.


Qeyd edək ki, ötən il Dərbənd rayon icra hakimiyyətinin başçısı, əslən azərbaycanlı olan Qurban Qurbanovun vəzifəsindən azad olunaraq istintaqa cəlb olunması məhz torpaqların qeyri-qanuni satışı ilə bağlı idi. Onun vəzifəsindən uzaqlaşdırılmasında İ. Yarəliyev xüsusi rol oynamışdı.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR