• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakıdan Brüsselə və Moskvaya mesaj: “Təzyiqlərə boyun əymirəm”

  • Nida.az
  • 5 Fevral 2015 13:35
  • 450 Baxış
Bakıdan Brüsselə və Moskvaya mesaj: “Təzyiqlərə boyun əymirəm”

Bakı BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyəndə çoxları Azərbaycanla Rusiya arasından qara pişiyin keçəcəyini düşünürdü. Hətta bütün beynəlxalq meydanlarda Bakının Rusiyanın təşəbbüslərinə qarşı çıxacağı gözlənilirdi.

Lakin bu gözləntilərin əksi baş verdi. Azərbaycan Moskva ilə ikitərəfli əməkdaşlığı yeni səviyyəyə çıxarmağı qərara aldı. AŞPA-da Rusiya əleyhinə qərara səs verməməklə Azərbaycan bunu göstərdi. Halbuki Rusiyanın yaxın müttəfiqi hesab olunan Ermənistan bu məsələdə tərəddüd etdi.


Publika.az xəbər verir ki, Rusiyanın “Nezavisimaya qazeta” nəşri Bakının bu addımını xarici siyasətdə çoxvektorlu gediş olaraq şərh edib.


Bir çoxlarına görə, Bakı AŞPA-dakı addımı ilə xarici siyasətinə dəyişiklik edir. Lakin burda bir çox yanaşmalar var. Xüsusilə Ukraynada siyasətçilər Ermənistanın yox, məhz Bakının Rusiyanı dəstəklədiyinin səbəblərini müzakirə edir.


Dövlət Dumasının rəhbəri Sergey Narışkin Bakıya bu addımına görə təşəkkür etdi. O, Azərbaycanın ədalət və sağlam düşüncəyə səs verdiyini xüsusi vurğuladı.

S. Narışkin həmçinin Moskvanın Bakının xarici siyasətinə hörmətlə yanaşdığını, çoxvektorlu gedişləri anladığını bildirdi. Xüsusilə öz qərarlarını təzyiqlə yox, beynəlxalq hüquqa əsasən verdiyini diqqətə çatdırdı.


Nəşr yazır ki, əslində Bakı AŞPA-dakı addımı ilə həm Avropaya, həm də Rusiyaya mesaj göndərdi. Bu mesajın mətni təxminən belədir: “Mən müstəqiləm, təzyiqlərə boyun əymirəm və yalnız ədalətli şəkildə öz milli maraqlarımdan çıxış edirəm”.


Çünki Ukraynaya görə Rusiyaya təzyiq edən Avropa uzun illərdir Azərbaycan torpaqlarını işğal edən Ermənistana heç bir söz demir. İrəvana qarşı nəinki sanksiyalar tətbiq olunmur, əksinə, ona maliyyə yardımı edilir. Yəni yanaşma fərqli yox, eyni olmalıdır.


Digər tərəfdən, Bakı Moskvaya öz seçimində sərbəst olduğunu nümayiş etdirdi. Yəni lazım olanda Ukraynanın ərazi bütövlüyünə, lazım olanda isə Rusiyanın xeyrinə qərar verir. Bütün bunlarsa Bakının beynəlxalq hüquqa söykənən ədalətli mövqe seçdiyini göstərir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR