• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanın şimalında klan savaşı: Abdulatipov yola salınır – Onun yerinə kim gələcək?

  • Nida.az
  • 5 Fevral 2015 13:27
  • 979 Baxış
Azərbaycanın şimalında klan savaşı: Abdulatipov yola salınır – Onun yerinə kim gələcək?

Dağıstan rəhbəri Ramazan Abdulatipovun postundan getməsi xəbərləri yayılıb.


Publika.az-a Dağıstan mənbələrindən daxil olan məlumata görə, Kremldə Abdulatipova münasibət ciddi şəkildə dəyişib. Onun yola salınması məsələsi gündəmdədir. Dağıstanda yerli əhali arasında rəhbər dəyişikliyi haqda söhbətlər dolaşır.

Məlumata görə, R. Abdulatipovun yerinə bir neçə namizəd var.


“Əsas namizəd isə Vladimir Putinin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsi Sergey Melikovdur. Əslində Kremlin Abdulatipova soyuq münasibətinin yaranmasında Melikov xüsusi rol oynayıb. Son vaxtlar Abdulatipov - Melikov qarşıdurması ciddi şəkildə qızışıb. Ötən ay regiona səfər edən Melikov Dağıstan rəhbərliyi ilə məsləhətləşmədən bir neçə addım atıb”, - deyə mənbə bildirib.


Məlumata görə, Dağıstanda ləzgi və avar klanları arasında ciddi savaş var. Vaxtilə bölgənin azərbaycanlı əhalisinə qarşı birləşən bu klanlar indi bir-biri ilə mübarizə aparır. Abdulatipov avardır və onun vəzifədə olan ləzgilərə maneələr yaratdığı deyilir. Ləzgilərin əsas dayağı olan Sergey Melikov isə bunu qəbul etmir. Ona görə də Abdulatipovdan Kremlin rəhbərliyinə çoxlu şikayətlər gedir.


Bu qarşıdurmada əslən ləzgi olan Dərbənd Şəhər Məclisinin sədri İmam Yarəliyev Sergey Melikovun tərəfini tutur. Qeyri-qanuni torpaq satışı ilə bağlı Yarəliyevə açılan cinayət işinin arxasında isə Abdulatipov dayanır.
Məlumatlara görə, Abdulatipov – Melikov savaşı Dərbəndin sentyabr ayında keçiriləcək ikiminillik yubileyinə də ciddi təsir edəcəyi gözlənilir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR