• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əri Suriyaya gedən azərbaycanlı qadınların ŞOK BİRLİYİ - “Qara paltarlılar”

  • Nida.az
  • 5 Fevral 2015 15:56
  • 2 057 Baxış
Əri Suriyaya gedən azərbaycanlı qadınların ŞOK BİRLİYİ - “Qara paltarlılar”

Azərbaycanda ərləri Suriyaya gedən qadınlar birlik yaradıb.


Publika.az-a daxil olan məlumata görə, Şimal bölgəsində “Qara paltarlı qadınlar” adı altında qeyri-rəsmi birlik yaranıb. Bura ərləri Suriyaya getmiş qadınlar, eləcə də Suriya cihadını dəstəkləyən əqidə sahiblərinin həyat yoldaşları daxildir.

Məlumata görə, birliyə qadınlardan biri rəhbərlik edir. Lakin həmin şəxs haqqında dəqiq məlumatlar əldə edə bilməmişik.


Bu birliyin çeçen təcrübəsi əsasında yarandığı deyilir. Belə ki, vaxtilə Çeçenistanda “Qara paltarlı dul qadınlar” təşkilatı fəaliyyət göstərirdi. Bu təşkilata ərləri Rusiya ilə müharibədə öldürülmüş qadınlar daxil idi. Onlar Rusiya qoşunlarına qarşı silahlı mübarizə aparırdı.


Qeyd edək ki, Suriyaya gedən azərbaycanlılar əsasən çeçenlərin çoxluq təşkil etdiyi “Qafqaz əmirliyində” təmsil olunur. Bu baxımdan, çeçen təcrübəsi əsasında belə bir təşkilatın yaradılmasının səbəbləri müəyyən mənada aydın olur.


Məlumata görə, Azərbaycanda yaradılan eyni tipli təşkilat Xudat şəhəri, eləcə də Qusar rayonunda daha geniş fəaliyyət göstərir.

Burda təmsil olunan qadınlar ümumi yığıncaqlar keçirir, ərləri Suriyaya gedənlərə dəstək olur, həmçinin, ümumi həmrəylik nümayiş etdirirlər.


Məsələni diqqətdə saxlamağa çalışacağıq.


Asif Nərimanlı


Xəbər lenti

DAHA ÇOX XƏBƏR