Kəlbəcərli girovların məsələsi TBMM-də: “Dünyanı ayağa qaldıracağıq” – VİDEO
Bizi izləyin

Nida.az

Kəlbəcərli girovların məsələsi TBMM-də: “Dünyanı ayağa qaldıracağıq” – VİDEO

Türkiyə Böyük Millət Məclisində (TBMM) Kəlbəcərli girovların məsələsi qaldırılıb.


Publika.az xəbər verir ki, TBMM-nin dünən keçirilən iclasında CHP-li millət vəkili Əli Özgündüz rəsmi Ankaranı girovların azad olunması istiqamətində fəaliyyətə çağırıb: “Ötən il Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda analarının məzarını ziyarətə gedən üç azərbaycanlı erməni əsgərləri tərəfindən tutuldu. Biri öldürüldü.

Digər ikisi - Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində qondarma “məhkəmə” quruldu. Əsgərov ömürlük, Quliyev isə 22 illik həbs cəzasına “məhkum” olundu. Bu məsələ Azərbaycan üçün önəmlidir. Biz “bir millət, iki dövlətik” deyirik. Belədirsə, deməli bizim millətdən iki nəfər bu gün Ermənistanda qanunsuz şəkildə həbsdə saxlanılır”.


Ə. Özgündüz Türkiyə Xarici İşlər Nazirliyinin bu məsələni nəzarətə götürməsini tələb edib.


“Bu iki əsir türk qardaşımızın azad olunması, öz ölkəsinə təhvil verilməsi üçün Türkiyə hökuməti hərəkətə keçməlidir. Beynəlxalq aləmdə bəsit bir insan azadlığının pozulması nəticəsində dünya ayağa qalxır. Əslində indi bizim dünyanı ayağa qaldırmağımız lazımdır. Azərbaycan bizi özünə qardaş bilir. Biz Azərbaycanı tək buraxmamalıyıq. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir deyirik. Bu gün Azərbaycan kədərlidir və biz buna ortaq olmalıyıq. Əgər qardaşlarığımız sözdə yox, əməldədirsə, bunu sübut etməyin ən yaxşı məqamıdır. İqtidarlı-müxalifətli olaraq bu məsələnin üzərinə getməliyik”, - deyə o qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm