Partiya sədrləri əlbəyaxa: şahidlər “hə” deyir, özləri “yox” – TƏFƏRRÜAT
Bizi izləyin

Nida.az

Partiya sədrləri əlbəyaxa: şahidlər “hə” deyir, özləri “yox” – TƏFƏRRÜAT

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Azadlıq Partiyasının sədri Əhməd Oruc arasında əlbəyaxa dava olub.


Publika.az xəbər verir ki, partiya sədrləri Demokratiya və İnsan Hüquqları Mərkəzinin dünən keçirilən toplantısında toqquşublar. Məlumatlara görə, bir-birinə ağır sözlər deyən partiya sədrləri sonda əlbəyaxaya çıxıb. Kənardakıların müdaxiləsindən sonra dava sakitləşib. Daha sonra S. Cəlaloğlu toplantını tərk edib.


Məsələ ilə bağlı Publika.az-a danışan S. Cəlaloğlu baş verənlərin dava səviyyəsində olmadığını deyib: “Aramızda narazılıq olub. Amma dava olmayıb. Bəlkə, güllələmə olub desəydilər daha məntiqli olardı. Narazılıq hər yerdə olur. Ümumiyyətlə, belə insidentləri mətbuata ötürmək çox pis haldır”.


Əhməd Oruc da Publika.az-a açıqlamasında əlbəyaxa dava olmadığını bildirib.


“Dava olmayıb, sadəcə olaraq, mübahisə etmişik. Mən Səməd Vurğunu müdafiə etmişəm. Sərdar bəy mənim əksimə çıxıb. Mən siyasətdə heç kimlə əl-qol davası həddinə gəlməmişəm. Ömründə bir cümlə şeir yazmayan insanın Səməd Vurğun haqda söz deməsi doğru deyil. Cəlaloğlu da deyir ki, mən Nobel mükafatı almalıyam, yeni elm yaratmışam və s. Arada deyir ki, süpürgəçi ilə dialoqa hazıram. Gah Ümid Partiyası ilə birgə olur, gah Müsavatın xəttini müdafiə edir. İnsanları zamana görə qiymətləndirmək olar. Lakin bunu da zamandan başı çıxan, elmi şəkildə dərindən informasiyası olan edə bilər. Fərqli görünmək naminə açıqlamalar verməyi doğru saymıram”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm