Müdafiə Nazirliyi: "Qətiyyətli və amansız olacağıq"
Bizi izləyin

Nida.az

Müdafiə Nazirliyi: "Qətiyyətli və amansız olacağıq"

Fevralın 5-də axşam saatlarından başlayaraq gecə ərzində Tovuzun Əlibəyli kəndi Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan intensiv atəşə tutulub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, düşmən Silahlı Qüvvələrimizin mövqeləri ilə yanaşı, dinc əhalini, sakinlərə məxsus evləri və digər tikililəri hədəfə çevirib. Atılan yandırıcı güllələrdən kənd ərazisindəki evlərdən biri yanıb, vətəndaşların şəxsi əmlakına xeyli ziyan dəyib. Bir nəfər kənd sakini yaralanıb.

Ermənistan silahlı qüvvələrinin rəhbərliyi beynəlxalq hüququn normaları və prinsiplərinə riayət etməyərək heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektləri, dinc sakinləri mülki əhalinin şəxsi əmlakını atəşə məruz qoymaqla Azərbaycan tərəfini adekvat addımlar atmaqla provokasiyaya çəkmək məqsədi güdür.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvələrinin hədəfi heç vaxt mülki əhali və qeyri-hərbi obyektlər olmayıb. Dinc əhaliyə qarşı törətdikləri bu əməllərə görə düşmən məsuliyyət daşımalı, ordumuzun ermənilərin hərbi hədəflərinin məhv edilməsi məqsədilə görəcəyi cavab tədbirləri isə daha ciddi, qətiyyətli və amansız olacaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm