Arif Hacılı müvəqqəti geri çəkildi: Qubad İbadoğlunun tərəfdarları Divanda – QARŞIDURMA
Bizi izləyin

Nida.az

Arif Hacılı müvəqqəti geri çəkildi: Qubad İbadoğlunun tərəfdarları Divanda – QARŞIDURMA

Müsavat Partiyasının rəhbərliyi Qubad İbadoğlunun Divanda iştirakı üçün irəli sürdüyü şərtləri qismən qəbul edib.


ADR Təşkilat Komitəsinin üzvü Hüseyn Məlik Publika.az-a açıqlamasında bildirib ki, Divanın toplantısında Q. İbadoğlunun tərəfdarları da iştirak edəcəklər.


“Bu məsələlər razılaşdırılıb. Biz də Divanda iştirak edəcəyik. Mətbuata icazə verilmədi. Amma videoçəkiliş aparılacaq”, - deyə o bildirib.


Divan 18:00-a təyin edilsə də, 20 dəqiqə gec başlayıb. Buna səbəbsə Q. İbadoğlunun irəli sürdüyü şərtlərin müzakirəsi olub. Məlumatlara görə, partiya rəhbərliyi əvvəlcə Divanın qapalı keçirilməsində israr edib. Lakin Müsavat qərargahına toplaşan Q. İbadoğlunun tərəfdarlarının etirazından sonra məsələ razılaşdırılıb. Hazırda Divanın iclası gedir. İlkin məlumatlara görə, iclas təxminən bir neçə saat çəkəcək.


Qeyd edək ki, Q. İbadoğlu digər müsavatçıların da iştirak edəcəyi təqdirdə Divana gələcəyini bildirmişdi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm