• USD 1,7475 0,00% EUR 1,8490 0,00%
    • GBP 2,1933 0,00% RUB 0,0303 0,00%

İsa Qəmbərin qardaşından Qubad İbadoğlunun çıxarılmasına sərt reaksiya

  • Nida.az
  • 7 Fevral 2015 12:36
  • 394 Baxış
İsa Qəmbərin qardaşından Qubad İbadoğlunun çıxarılmasına sərt reaksiya

İsa Qəmbərin qardaşı, Almaniyada yaşayan Rövşən Qəmbər Qubad İbadoğlunun Müsavatdan çıxarılmasına sərt reaksiya verib.


Publika.az xəbər verir ki, R. Qəmbər Müsavat Partiyasında iqtidar olanların müxalifətdə olanlara qarşı aqressiyasının həddini aşdığını bildirib: “Dünən bunun şahidi olduq. Azərbaycan xalqına çox gərəkli olan istedadlı və ədalətli gənc alim Qubad İbadoğlu nizamnaməyə zidd olaraq Müsavat Partiyasından çıxarıldı. Arif Hacılı və tərəfdarlarına xəbərdarlıq edirəm ki, Rəsulzadənin davamçılarına uyğun olmayan qərarlarına görə Müsavat partiyasına çox böyük ziyan vurdular”.


İsa Qəmbərin qardaşı daha sonra qurultayda ona söz vermədiyi üçün Arif Hacılını tənqid edib.


“Müsavatın qurultayında Azərbaycan xalqının xoşbəxt olması və Qarabağın azadlığına çalışanların 99 faizinin işbirliyinə nail olmaq məqsədilə 10 dəqiqə fikirlərimi izah etməyə, başqanlığa namizəd olmaq istədim. Qubad İbadoğlunu dəstəklədiyimə görə dedilər ki, nə danışırsan, sən 2009-cu ildən Müsavat partiyasının üzvü deyilsən. Dedim ki, bəs 2011-ci ildə mənim də müsavatçılarla birlikdə Müsavat partiyasının yüz illiyi münasibətilə Fəxri fərmanla təltif olunmağıma nə deyirsiniz? Arif Hacılı bu suala “Mənlik deyil” cavabını verdi”, - deyə R. Qəmbər bildirib.


Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR