Qubad İbadoğlunun daha bir tərəfdarı Müsavatdan çıxarılır
Bizi izləyin

Nida.az

Qubad İbadoğlunun daha bir tərəfdarı Müsavatdan çıxarılır

Qubad İbadoğlunun tərəfdarlarından daha bir nəfər Müsavat Partiyasından çıxarıla bilər.


Müsavat üzvü Əlövsət Əhmədoğlu Publika.az-a açıqlamasında bu gün Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) dəvət edildiyini bildirib.


O, heç bir nizamnamə pozuntusuna yol vermədiyini deyib. Sadəcə olaraq, Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsinin yaradılmasında iştirak etdiyini bildirib.


MNTK sədri Sevinc Hüseynova isə Publika.az-a açıqlamasında Ə. Əhmədoğlunun nizamnamə pozuntusuna yol verdiyini bildirib.


“Onlar Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsi adlı alternativ qurum yaradaraq bəyanat yayıblar. Həmin bəyanatda partiyaya qarşı kifayət qədər ittiham və əsassız fikirlər var. Bu gün saat 16:00-dan sonra MNTK-nın iclası keçiriləcək. Əlövsət bəy dəvət olunub. Iclasda müzakirələr aparılacaq və yekun qərar veriləcək”, - deyə o bildirib.


MNTK sədri Ə. Əhmədoğlunun partiyadan çıxarılmasını istisna etməyib. Lakin hər şeyin iclasdan sonra bəlli olacağını deyib.


Qeyd edək ki, Ə. Əhmədoğlu Qubad İbadoğlunun tərəfdarıdır. İbadoğlunun dünən Müsavatdan çıxarılmasından sonra onun tərəfdarlarına qarşı da eyni addımın atılacağı gözlənilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm