Merkelin 7 yaşında gördükləri: Qərb geri çəkilir – Kiyev təklənir
Bizi izləyin

Nida.az

Merkelin 7 yaşında gördükləri: Qərb geri çəkilir – Kiyev təklənir

“Avropa Birliyi Rusiya ilə birlikdə Avropanın təhlükəsizliyini təmin etməyi arzu edir. Biz Rusiyaya qarşı deyilik”.


Publika.az xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel deyib.


Almaniya kansleri Avropa və Avrasiya ittifaqlarının arasında vahid iqtisadi sahənin yaradılmasını dəstəklədiklərini də bildirib. Lakin o, bunun üçün öncə Ukrayna probleminin həll edilməsini şərt kimi irəli sürüb.


“Suriyada kimyəvi silahın aradan qaldırılması, İranın nüvə proqramları ilə bağlı danışıqlarda fikir ayrılıqlarına baxmayaraq, Rusiya ilə Qərbin konstruktiv əməkdaşlıq etməyi bacardığını göstərdi”, - deyə o bildirib.


Merkel Ollandla birgə Moskvaya səfərinə də toxunub. Onun sözlərinə görə, uğura nail olmaq üçün daim belə cəhdlər etmək lazımdır.

A. Merkel yenə də Ukraynanın silahlandırılmasına qarşı çıxıb.


“Mən inanmıram ki, Ukrayna ordusunun silahlandırılması problemi həll edəcək. Hesab edirəm reallıqlardan çıxış etməliyik. Mən Almaniya Demokratik Respublikasında böyüdüm. 7 yaşım olanda divarların tikilməsini gördüm. Bunun beynəlxalq hüquq pozuntusu olmasına baxmayaraq, heç kim hərbi müdaxilə haqda düşünmürdü. Mən buna görə heç kəsi günahlandırmıram. Çünki bu reallıq idi. Düşünürəm ki, indi də hərbi müdaxilə böyük qurbanlara gətirib çıxaracaq. Mən Ukrayna prezidenti ilə bir neçə dəfə danışmışam və bilirəm ki, biz bu məsələdə müxtəlif fikirlərə sahibik.

Lakin yenə deyirəm: hərbi yolla qalib gəlmək mümkün deyil. Biz dözümlü olmalıyıq. İnanıram ki, biz qalib gələcəyik. Rusiyaya qarşı sanksiyalar tətbiq olunandan iki ay sonra mən bununla qalib gəlməyin mümkün olmadığını açıqlamışdım. Belə döyüşdə qalib gəlməyin mümkün olmadığını görürük. Bu aydın məsələdir. Vaxtilə heç kim soyuq müharibənin bitəcəyinə inanmırdı. Lakin bu baş verdi. Biz inamlı olmalıyıq”, - deyə Merkel bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm