Novruz Aslan: “Lamiyə Quliyevanın cinayət işi üzərində spekulyasiya aparmaq olmaz”
Bizi izləyin

Nida.az

Novruz Aslan: “Lamiyə Quliyevanın cinayət işi üzərində spekulyasiya aparmaq olmaz”

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov son günlər ölkə mediasının gündəmindən düşməyən məhkum Lamiyə Quliyevanın cinayət işi ilə bağlı məsələyə münasibət bildirib.

Deputat N.Aslanov Publika.az-a açıqlamasında deyib ki, hüquq mühafizə orqanları və ədalət məhkəməsinin çıxardığı qərarlar şübhə altına alınmamalıdır: “Təbii ki, hər bir qərar böyük bir təhqiqat və əməliyyatların əsasında verilib. Əgər hər hansı sübut olmasaydı, o zaman məhkəmə əbəs yerə qərar verməzdi. Kiminsə məhkəmə qərarlarına şübhəsi varsa, o zaman bunun üçün müvafiq instansiyalar, ali, konstitusiya və apelyasiya məhkəmələri mövcuddur. Hətta, gedib Avropa məhkəməsinə qədər çıxa bilərlər. Mən hesab edirəm ki, Lamiyə Qulliyeva ilə bağlı cinayət işi üzərində spekulyasiyaların aparılması qəti doğru deyil. Bu həm də vətəndaş cəmiyyətinə yaraşmayan hərəkətlərdir. Hesab edirəm ki, insanların həyatı ilə oynamaq və bu cür riskləri etmək heç kəsə başucalığı gətirməz. Bu məsələ ancaq hüquqi müstəvidə həll olunmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm