Sorosdan qorxulu proqnoz: “Avropa Ukraynanı itirəcək”
Bizi izləyin

Nida.az

Sorosdan qorxulu proqnoz: “Avropa Ukraynanı itirəcək”

“II Dünya müharibəsindən sonra Avropada və ətraf regionlarda yaranmış münaqişələr dünyanı hədələyir”.


Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Soros” fondunun rəhbəri, dünyada “inqilab ixaracatçısı” kimi tanınan Corc Soros Münhen təhlükəsizlik konfransında çıxışı zamanı deyib.


Onun sözlərinə görə, bu münaqişələrə nəzarəti həyata keçirməli olan ABŞ və Avropa Birliyinin başı bu gün daxili problemlərə qarışıb: “Buna görə dünyada vakuum yaranıb. Bu vakuum regional və lokal liderlər tərəfindən öz daxili problemlərini həll etmək üçün istifadə olunur. Beləliklə, münaqişələr həll olunmur, əksinə daha da çoxalır. 25 il öncə SSRİ dağılanda mən orda idim. O zaman Avropa Birliyi ön plana çıxdı və inkişaf edirdi. İndi isə təəssüf ki, Avropa Birliyinin özü dağılma prosesi ilə üz-üzədir. Avropa Birliyi daha vahid deyil, əvəzində Rusiya özünü daha çox təsdiq edir”.


Sorosun fikrincə, Ukrayna münaqişəsindən sonra Rusiya daha təcavüzkar siyasət yürüdəcək: “Çünki o özünü itirməmək üçün buna məcburdur. Hazırda Rusiya və Qərb münasibətləri pozulub. ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq etdi. Buna cavab olaraq, Rusiya ərzaq mallarının idxalını məhdudlaşdırdı. Avropa Rusiyaya qarşı sanksiyaların Ukraynadakı böhranı həll etməyəcəyini anlamalıdır. Avropa liderləri Kiyevə kömək edəcəklərini vəd etmişdi, amma bu günə qədər heç bir yardım edilməyib”.


C. Soros Avropanın Ukraynanı itirəcəyini hesab edir.


“Bu gün Avropa Kiyevə lazımi dəstəyi vermir. Böyük ehtimalla, Avropa Ukraynanı itirəcək. Bu, çox ağır itki olacaq”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm