Hikmət Hacızadədən Müsavata: “Gəmi qayalara tərəf gedir, nigaranam”
Bizi izləyin

Nida.az

Hikmət Hacızadədən Müsavata: “Gəmi qayalara tərəf gedir, nigaranam”

“Qubad bəyin partiyadan kənərlaşdırılmasını qətiyyətlə pisləyirəm”.


Publika.az xəbər verir ki, bu barədə bir müddət öncə Müsavatda baş verənlərə etiraz olaraq istefa verən, ADR hərəkatının üzvü Hikmət Hacızadə Qubad İbadoğlunun partiyadan çıxarılmasına münasibət bildirərkən deyib.


H. Hacızadə bunu diktatura adlandırıb: “Partiyadakı rəqibini məhv etmək diktaturaların məlum davranışıdır. Belə davranışı Müsavata gətirənlər heç partiyanın tarixi simasını düşünürmü? Bir başqa çətin məsələ də var. Partiyadan gedənlər, qovulanlar üçün deyil, partiyada qalanlar üçün nigaranam. Məhz onlar təhlükədədir. Hazırda partiya sükansız bir gəmiyə bənzəyir.

Rəhbərlər 20 illik stress nəticəsində reallığı görmək bacarığını itiriblər. Gəmi qayalara tərəf gedir. Gəmidə də öz səsi, müstəqil fikri olan bir kəs qalmayıb ki, desin: “Rəis ora sürmə, məhv olacağıq”. Əsasən də Divanın gənc üzvləri üçün nigaranam. Oradakı yaşlı nəsil nümayəndələri qayalarda məhv olsalar belə, onsuzda öz şərəflı siyasi həyatlarını tarixə yazıblar. Amma Səxavət Soltanlı, Alya Yaqubova və s. kimi gənc siyasətçılərin vaxtsız taleyi məni narahat etməyə bilməz”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm