Nida.az
Qubad İbadoğlu hərəkətə keçdi: Müsavatın rayon təşkilatları buraxılır
Bu gün Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının Təşkilat Komitəsinin iclası keçirilib.
Bu barədə Publika.az-a ADR Təşkilat Komitəsinin üzvü Səxavət Əlisoy
məlumat verib.
Onun sözlərinə görə, iclasda fevralın 15-nə kimi ADR-in 30 rayonda
təşəbbüs qrupunun yaradılması qərara alınıb: “Sabah 4 rayonda
təşəbbüs qrupu yaradılacaq. Fevralın 21-də keçiriləcək ADR-in təsis
konfransının texniki məsələləri müzakirə olundu. Təsis konfransına
kimlərin dəvət olunması məsələsi gələn toplantıda müzakirə
olunacaq”.
S. Əlisoy bildirib ki, Qubad İbadoğlu Müsavatdan çıxarılandan sonra
partiyanın rayon təşkilatları arasında kütləvi istefa vermək
istəyənlər var.
“Biz toplantıda Qubad bəyin partiyadan çıxarılmasını müzakirə
etdik. Bu haqda Qubad bəy ümumi açıqlama yayacaq. Digər məsələ
rayon təşkilatları ilə bağlıdır. Kəndlərdə, rayonlarda Qubad bəyə
qarşı qərara etiraz olaraq istefa vermək istəyənlər var. Xüsusilə
rayon təşkilatlarının buraxılması məsələsi gündəmə gəlib. Qubad bəy
fevralın 9-da ABŞ-a səfər edəcək. O qayıdandan sonra rayon
təşkilatlarının necə hərəkət etməsi haqda qərar qəbul olunacaq”, -
deyə o bildirib.
Asif Nərimanlı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı