YAP üzvlərinin 300 mini qadındır
Bizi izləyin

Nida.az

YAP üzvlərinin 300 mini qadındır

Yeni Azərbaycan partiyasının 650 min üzvü var, onların 300 mini qadındır. Hakim partiyanın təqribən hər 3 üzvündən biri ali təhsillidir, üzvlərinin 40 faizi isə gənclərdir. Partiya sıralarında 790 elmlər doktoru, 3572 elmlər namizədi var, tələbələrin sayı isə 52 mindir.

Publika.az YAP-ın rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, bu barədə təşkilatdaxili inkişaf və intizam komissiyasının iclasında İdarə heyətinin üzvü Kərim Kərimov məlumat verib.

İclasda partiya üzvlüyünə qəbulda keyfiyyət göstəricilərinə üstünlük verilməsdindən danışılıb. “Bu məsələdə keyfiyyət göstəricisi kəmiyyət göstəricisindən həmişə üstün olmalıdır” – deyə Kərim Kərimov bildirib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də partiyaya üzv olmaq istəyənlər arasında keyfiyyət seçiminin aparılmasının əhəmiyyətini qeyd ediblər.

YAP-ın Mərkəzi Nəzarət-Təftiş komissiyasının sədri Məhəmməd Məmmədov partiyaya qəbul prosesində yüksək nizam-intizam, mənəvi-əxlaqi keyfiyyətlərin nəzərə alınmasını müsbət hal kimi qiymətləndirib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucovun fikrincə ölkə gəncliyinin inkişafı İlham Əliyevin qayğısı sayəsində baş verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm