Nida.az
Prezidentlərin Dərbənd savaşı: azərbaycanlı rəhbər gəlir
Dərbənd şəhər Administrasiyasına yaxın müddətdə yeni rəhbər təyin ediləcək.
Bu barədə Axar.az-a Dərbənddəki etibarlı mənbədən məlumat verilib. Mənbə hazırda Dərbənd rəhbərliyi uğrunda avar və azərbaycanlı klanlarının mübarizə apardığını bildirib. O, Dərbənd rəhbərliyinə irəli sürülən azərbaycanlı namizədin Moskva tərəfindən dəstəkləndiyini deyib. Xanlar Paşabəyov adlı şəxsin Vladimir Putinin partiyası olan Vahid Rusiyanın namizəd olduğu üzzə çıxıb.
Onun rəqibi keçmiş ədliyyə naziri Azad Rəhimovdur. Milliyyətcə avar olan Rəhimovu Moskvaya qarşı Dağıstan Prezidenti Ramazan Abdullatipov dəstəkləyir. Hazırda Dərbənd Şəhər Administrasiyasının rəhbəri vəzifəsini müvəqqəti olaraq milliyətcə azərbaycanlı Mövsüm Rəhimov yerinə yetirir.
Milliyətcə azərbaycanlı olan Xanlar Paşabəyov Kərimbek Paşabəyovun nəvəsidir. Kərimbek Paşabəyov o zaman Dağıstan Mərkəzi Komitəsinin rəhbəri olan Əziz Əliyevlə şəxsən tanış idi. Xanların atası Edison Paşabəyov isə 1982-1994-cü illərdə Dərbənd Şəhər Administrasiyasına rəhbərlik edib.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO