Bir nəfər çıxarıldı, iki nəfər istefa verdi – Müsavatın sıraları seyrəlir
Bizi izləyin

Nida.az

Bir nəfər çıxarıldı, iki nəfər istefa verdi – Müsavatın sıraları seyrəlir

Müsavat başqanlığına keçmiş namizəd, Divanın qərarına əsasən partiyadan xaric edilən Qubad İbadoğlunun daha iki tərəfdarı partiya sıralarından istefa verib.


Publika.az xəbər verir ki, Səbail rayon təşkilatının üzvü Sədaqət Paşayeva partiya üzvlərinə müraciət edərək, Müsavatın sonuncu qurultayından sonra partiyada yaranan anti-demokratik mühitdən narahatlığını bəyan edib: “Sonuncu qurultayda başqanlığına namizədlərdən biri olmuş Qubad İbadoğlunun partiya sıralarından çıxarılmasına dair keçirilən müzakirəni partiya üzvlərindən gizli qaydada apararaq, demokratik prinsiplərin pozulması kimi dəyərləndirirəm.

Bu cür qrup maraqlarına uyğun qaydada qərar qəbul etməklə hakimiyyətə gələcəkləri təqdirdə, ölkədə demokratik cəmiyyət quracaqlarına dair öhdəliklərini dərk etmədiklərini bildirirəm. Fəaliyyətimin əsas hissəsini ölkəmizdə demokratik dəyərlərin formalaşmasına və uzun illər insan haqlarının müdafiəsi ilə məşğul olduğum üçün bu cür avtoritar qaydaları prinsiplərimə və məqsədlərimə zidd olduğunu bildirir, sıralarından çıxdığımı bəyan edirəm”.


Partiyanın Suraxanı rayon təşkilatının üzvü Elman Vahidov da partiyadan istefa verdiyini açıqlayıb.


Müsavatdan Publika.az-a verilən məlumata görə, fevralın 7-də Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti toplantısında daha bir nəfər partiya sıralarından xaric edilib. Ağdam təşkilatının üzvü Əlövsət Sadıqlının partiyanın VIII Qurultayının nəticələrini şübhə altına alan, seçilmiş partiya strukturlarının və onların qəbul etdiyi sənədlərin saxta olması barədə apardığı təbliğat kampaniyası, partiya strukturlarının legitimliyini qəbul etməməsi barədə açıqlamaları, partiya rəhbərliyinə, partiya strukturlarına qarşı böhtan və təhqir xarakterli müntəzəm çıxışları, MNTK-ya alternativ struktur yaratmaq cəhdi və digər məsələlər özünün iştirakı ilə müzakirə edilib.


MNTK geniş müzakirələrdən sonra partiyanın üzvü Əlövsət Sadıqlının Nizamnaməsinin 1.9-cu bəndinin və Proqramının təməl prinsiplərini müəyyən edən II bölməsinin 6-cı bəndinin tələblərinə əməl etmədiyinə görə partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm