Rauf Arifoğludan Müsavatda baş verənlərə MÜNASİBƏT
Bizi izləyin

Nida.az

Rauf Arifoğludan Müsavatda baş verənlərə MÜNASİBƏT

Müsavat Partiyasının üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu partiyada baş verənlərlə bağlı mövqeyini açıqlayıb.


Publika.az xəbər verir ki, R. Arifoğlu rəhbərlik etdiyi KİV-in baş verənlərlə bağlı daim balansı saxlamağa çalışdığını deyib: “Müsavat Partiyasının son qurultayı ərəfəsi və ondan sonra nə qədər çətin olsa da, rəhbərlik etdiyim KİV-lərdə balansı qorumağa çalışdım. Çox çətindir. Çünki bu KİV-lərin əsas simaları ya müsavatçıdırlar, ya da siyasətlə bilavasitə məşğuldurlar. Bütün bunlara baxmayaraq, iddiaçılara, daha sonra isə tərəflərə bərabər səviyyədə yer verməyə çalışdıq.

İndi də bu mövqedəyik. Dəyərli dostumuz Qubad İbadoğlunun Müsavatdan çıxarılmasına üzülüb, bunu fikir yazısına çevirən Xalid Kazımlının yazısı da, digər əməkdaşlarımızın “facebook” açıqlamaları da musavat.com saytının, “Yeni Müsavat” qəzetinin balans mövqeyindən ayrılıb, partiyaya qarşı çıxması anlamına gəlməməlidir. “Yeni Müsavat” ailəsinə daxil olan saytları da mən idarə edirəm və mənim mövqeyimsə budur: Hər hansı bir partiyanın, o cümlədən də üzvü olduğumuz Müsavatın daxili işlərinə qarışmaq peşəmiz baxımından doğru deyil. Onun nizamnamə fəaliyyətini təftiş etmək, qosqoca bir partiyanı bolşevizmdə suçlamaq, verdiyi qərarlara görə mühakimə etmək qəzetçi-jurnalist üçün yolverilməzdir. Biz yenə xəbər verək, tərəfləri danışdıraq, lakin mühakimə jurnalistin, yazarın işi deyil. Bunu tərəflərin özünə buraxmalıyıq”.


R. Arifoğlu Müsavat başqanı Arif Hacılıya etimadının bütöv olduğunu bildirib.


“Müsavat Partiyası Azərbaycanın ən böyük dəyəridir, demokratiya şansıdır və belə olmaqda da davam edəcək. Onun indiki başqanı Arif Hacılıya da, əski başqanım İsa Qəmbərə də şəxsən mənim etimadım tamdır, onlar bu etimadımı zədələyəcək hər hansı fəaliyyətdə bulunmayıblar”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm