Niyaməddin Orduxanlı: "Müsavat Partiyası iki hissəyə parçalanıb"
Bizi izləyin

Nida.az

Niyaməddin Orduxanlı: "Müsavat Partiyası iki hissəyə parçalanıb"

"Qubad İbadoğlunun Müsavat partiyasından xaric edilməsi onu deməyə əsas verir ki, artıq Müsavat partiyası iki hissəyə parçalanıb. Yaxın zamanlarda Müsavat partiyasının bazasında yeni bir partiya yaranacaq".

Publika.az-ın məlumatına görə, bunu mətbuata açıqlamasında BAXCP sədrinin siyasi və ictimai məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, bu partiyada baş verənlər gözlənilən idi: "Müsavat partiyasının sonuncu qurultayında 400 nəfərdən artıq qurultay nümayəndəsi olub. Və başqanlıq uğrunda əsas mübarizə Arıf Hacılı ilə Qubad İbadoğlu arasında gedib. Arif Hacılı 228, Qubad bəy isə 200 səs toplayıb. Artıq elə buradan da görünür ki, Qubad bəyin xeyli tərəfdarları var. O, qurultay bitdikdən sonra Arif Hacılının başqanlığını qəbul etməyib. Öz yaxın ətrafı ilə partiyada yeni hərəkat yaradıb. İsa Qəmbərin başqan olduğu dövrdə partiyada yüksək vəzifə tutan şəxsləri öz ətrafına toplayan İbadoğlu partiya daxilində ortaya "güc" qoya bildi".

Qubad İbadoğlunun partiyadan çıxarılmasını İsa Qəmbərin əks fikrə dözümsüzlüyü kimi xarakterizə edən Niyaməddin Orduxanlı bildirib ki, bu faktın özü İsa Qəmbərin avtoritar təfəkkürlü insan olduğunu sübut edir: "Bu adam 20 ildən artıqdır bəyan edir ki, ölkəyə demokratik ənənələri biz gətirəcəyik və ən böyük demokrat bizik. Öz partiyasında 400 nəfər adamla normal qurultay keçirə bilməyən, əks fikirli şəxsi partiyada xaric edən adam, hansı düşüncə ilə ölkəni idarə etmək iddiasına düşür? Belə bir adam heç vaxt demokratik ənənələrin inkişafını təmin edə bilməz. Bu, hakimiyyətə gəlmək üçün yalan danışmaqdan başqa bir şey deyil".

BAXCP sədrinin müavini deyib ki, Qubad İbadoğlu İsa Qəmbəri həm də tayfabazlıqda ittiham edir: "Qubad İbadoğlunun partiyadan xaric edildikdən sonra ilk açıqlamasını oxudum. O, İsa Qəmbəri birbaşa tayfabazlıqda ittiham edirdi. Qubad bəyin müraciətinin son fikirləri bu notlarla bitirdi: "Biz Məhəmməd Əmin Rəsulzadənin bu xalqa miras qoyduğu milli məfkurənin bir tayfanın, bir qrupun əlində oyuncağa çevrilməsinə imkan verməyəcəyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm