İsmayıllı və Səbail təşkilatları buraxılır: Müsavatdan 100-dən artıq istefa olacaq – ÖZƏL
Bizi izləyin

Nida.az

İsmayıllı və Səbail təşkilatları buraxılır: Müsavatdan 100-dən artıq istefa olacaq – ÖZƏL

Qubad İbadoğlunun Müsavat Partiyası Divanı tərəfindən çıxarılmasından sonra onun tərəfdarları da istefa verir.


Müsavata yaxın mənbənin Publika.az-a verdiyi məlumata görə, yaxın günlərdə kütləvi istefalar gözlənilir. Xüsusilə, rayon təşkilatlarının buraxılması ehtimalı böyükdür.

Hazırda partiyanın İsmayıllı rayon təşkilatı sədr Vidadi Həmidli başda olmaqla Divanın qərarına qarşı çıxırlar. Həmçinin Səbail rayon təşkilatında da ciddi narazılıqlar var.


“Yaxın günlərdə 100-dən artıq şəxs Müsavatdan istefa verə bilər”, - deyə mənbə bildirib.

Məlumata görə, istefa vermək istəyənlər Qubad İbadoğlunun razılığını gözləyir. Lakin Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının təsisçisi hələlik gözləmə mövqeyindədir.

Mənbə qeyd edib ki, Qubad İbadoğlu ABŞ səfərindən qayıtdıqdan sonra istefa düyməsinə basılacaq.


Qeyd edək ki, Q. İbadoğlu bu gün ABŞ-a yola düşüb. Onun fevralın 16-dan sonra ölkəyə qayıdacağı gözlənilir. ADR-in təsis konfransı isə fevralın 21-nə planlaşdırılır.
Mənbənin sözlərinə görə, təsis konfransına qədər hərəkatın tərkibi genişləndiriləcək. Bu proses xüsusilə müsavatçıların hesabına aparılacaq.


Qeyd edək ki, ADR üzvü Səxavət Əlisoy da Publika.az-a açıqlamasında partiyanın rayon təşkilatları arasında Qubad İbadoğlunun Müsavatdan çıxarılmasına etiraz olaraq kütləvi istefa vermək istəyənlərin olduğunu bildirib (http://publika.az/p/63569).

“Kəndlərdə, rayonlarda Qubad bəyə qarşı qərara etiraz olaraq istefa vermək istəyənlər var. Xüsusilə rayon təşkilatlarının buraxılması məsələsi gündəmə gəlib. Qubad bəy fevralın 9-da ABŞ-a səfər edəcək. O qayıdandan sonra rayon təşkilatlarının necə hərəkət etməsi haqda qərar qəbul olunacaq”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm