“Qərb Qarabağa Ukrayna prizmasından baxacaq”
Bizi izləyin

Nida.az

“Qərb Qarabağa Ukrayna prizmasından baxacaq”

“Münhendən ortaya çıxan nəticə post-sovet məkanındakı münaqişələrə yeni baxışın sərgilənməsidir”.


Publika.az xəbər verir ki, bu barədə politoloq Rövşən İbrahimov dünən başa çatan 51-ci Münhen təhlükəsizlik konfransının nəticələrindən bəhs edərkən deyib.


Politoloq Azərbaycan Prezidentinin konfransda iştirakını mühüm hadisə olaraq şərh edib. Onun sözlərinə görə, Azərbaycan liderinin Münhenə səfəri həm beynəlxalq təhlükəsizliyi müzakirə etmək, həm də enerji məsələlərini daha yaxın təmaslarda danışmağa imkan yaratdı.


“Bu səfər həmçinin, Dağlıq Qarabağ münaqişəsi baxımından da önəmlidir. Prezident Almaniyada səfərdə olarkən Angela Merkelin dilə gətirdiyi sözlər də münaqişənin həlli üçün vacibdir. Göründüyü kimi, Azərbaycan münaqişənin həlli üçün əlavə dəstəklər axtarışındadır. Münhen konfransından ortaya çıxan nəticə də diqqət çəkir. Post-sovet məkanında çox illik münaqişələrin həllinə bundan sonra Ukrayna problemi prizmasından bütövlükdə baxılacaq”, - deyə o bildirib.


Onun fikrincə, bu yanaşma ilk növbədə ərazi bütövlüyü prinsipini müdafiə edir. Hansı ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulub və münaqişənin həlli yalnız bunun təmini sayəsində mümkündür.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm