Fəzail Ağamalı da Lamiyədən danışdı
Bizi izləyin

Nida.az

Fəzail Ağamalı da Lamiyədən danışdı

“Lamiyə Quliyevanın cinayət işi ilə bağlı məsələnin siyasi partiyalar səviyyəsində müzakirəsinə ehtiyac yoxdur”.

Bu sözləri Publika.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, bu, məişət zəminində baş vermiş hadisədir. F.Ağamalı deyib ki, bəzi bəd niyyətli dairələr Lamiyə Quliyeva məsələsini xüsusi formada şişirtməklə, bundan hər hansı məqsədlər üçün istifadə etməyə çalışır: “Lamiyə və onun vaxtilə nişanlısı olmuş Vüqar arada olan intim münasibətlərə görə tanınmış bir insan olan Aslan Aslanovun oğlunu öldürüblər.

Təbii ki, mən Lamiyənin də dediyi kimi, rəhmətə gedən Ruslanın ona təcavüzünə haqq qazandırmıram. Əgər Ruslan bu cür addımı atmışdısa, o zaman bunun hüquqi yolla həlli mexanizmi var idi. Azərbaycan hüquqi dövlətdir və burada bütün məsələlər hüquqi yolla həllini tapmalıdır. Digər tərəfdən isə, əgər Ruslan ilə Lamiyə arasında uzun müddət münasibətlər olubsa, o zaman nə üçün bunlar illər sonra üzə çıxdı? Bütün bunlar bir məişət zəminində baş vermiş hadisədir. Bu hadisə 10 ildən də çoxdur ki, baş verib. Düşünürəm ki, indi bu məsələ məkrli insanlar tərəfindən gündəmə gətirilir və Lamiyə Quliyeva da sanki hüquqları tapdalanan şəxs kimi cəmiyyətə təqdim edilir. İndi də Lamiyə ilə bağlı müxtəlif kampaniyalar aparılır və sairə. Əlbəttə ki, mən bunu da müdafiə etmirəm. Lamiyənin uşaq dünyaya gətirməsi ilə bağlı məsələ də qanunvericilik çərçivəsində həll edilməlidir. Yəni onun uşaq məsələsi bu qədər açıq şəkildə ictimai müzakirəyə keçməli deyil. Əgər Lamiyə kimdən və necə hamilə qalıbsa, bu, daxili araşdırmalar nəticəsində də üzə çıxarıla bilər. Bu işdə günahkarlar və qanun pozuntuları varsa, bütün bunlar da araşdırıldıqdan sonra hüquqi qiymət verilməlidir. Yoxsa ki, Lamiyə Quliyeva ilə bağlı məsələni indiki formada qızışdıraraq, az qala ümummilli bir məsələyə çevirməyin arxasında məkrli qüvvələrin bəd niyyətlərinin olduğunu görürəm. Bu cür müzakirələrin aparılmasını müdafiə etmirəm, dəstəkləmirəm. Düşünürəm ki, bu cür geniş formalı müzakirələrə ehtiyac yoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm