Nida.az
İlham Əliyev Rusiya kommunistlərinin liderini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə dostluq
münasibətlərini böyük ehtiramla yada salan Gennadi Züqanov Ulu
Öndərin Moskvada yüksək dövlət vəzifəsində olduğu zaman onun
rəhbərliyi altında çalışmasını və onunla səmimi münasibətlər
qurulmasını dərin ehtiramla xatırladı.
Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrə toxunan Gennadi Züqanov həmin illərdə nümayəndə heyətləri arasında sıx əməkdaşlığın həyata keçirildiyini vurğuladı və Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycan nümayəndə heyətinin Rusiya nümayəndə heyətinə verdiyi dəstəyin ölkəsində yüksək qiymətləndirildiyini dedi. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsinin Rusiyada maraqla izlənildiyini deyən Gennadi Züqanov ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu bildirdi. Bakını dünyanın inkişaf etmiş şəhərləri ilə müqayisə edən G.Züqanov paytaxtımızda gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını diqqətə çatdırdı.
Prezident İlham Əliyev xalqımızın ümummilli lideri, ulu öndər
Heydər Əliyev və ölkəmizdə gedən inkişaf prosesləri ilə bağlı
dediyi xoş sözlərə görə Gennadi Züqanova təşəkkürünü bildirdi.
Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyətinə rəhbərlik etdiyi dövrü xatırlayan dövlətimizin başçısı
ölkəmizin bu quruma üzv olduğu ilk günlərdən başlayaraq Azərbaycan
və Rusiya nümayəndə heyətləri arasında qarşılıqlı dəstəyin və
səmərəli əməkdaşlığın yaradıldığını dedi və həmin təşkilat
çərçivəsində əlaqələrimizin bu gün də bu prinsiplər əsasında davam
etdirildiyini vurğuladı.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən
parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində uğurla
inkişaf etdiyi vurğulandı. Ölkələrimiz arasında strateji
tərəfdaşlıq əlaqələrinin bundan sonra da dərinləşəcəyinə və
möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın müxtəlif
sahələri ilə bağlı fikir mübadiləsi aparıldı.
Gennadi Züqanov Rusiya Federasiyası Kommunist Partiyasının xatirə
ordenini Prezident İlham Əliyevə təqdim etdi.
Sonda xatirə şəkli çəkdirildi.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü