Siyavuş Novruzov: “Qeydiyyatdan keçmiş bütün partiyalara dəvət göndərilib”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Qeydiyyatdan keçmiş bütün partiyalara dəvət göndərilib”

“Azərbaycanda qeydiyyatdan keçən bütün siyasi partiyalara fevralın 12-də keçiriləcək iqtidar-müxalifət dialoqunda iştirak üçün dəvət göndərilib”.


Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.


S. Novruzov bildirib ki, görüşdə bir sıra məsələlərlə bağlı müzakirələr aparılacaq.


“Prezident Administrasiyasının İctimai-siyasi əlaqələr şöbəsinin müdiri, YAP-ın siyasi partiyalarla əlaqə və dialoq komissiyasının sədri, İdarə Heyətinin üzvü Əli Həsənov Azərbaycanda qeydiyyatdan keçmiş bütün siyasi partiyalarla birlikdə müzakirələr aparacaq. Bu ümumi müzakirələrdir. Siyasi partiyaların təklifləri dinləniləcək, dialoq qurulacaq”, - deyə YAP rəsmisi qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm