Azərbaycanlı başçını satan Dərbənd rəhbəri “vurulur” – post uğrunda mübarizə - ÖZƏL
Bizi izləyin

Nida.az

Azərbaycanlı başçını satan Dərbənd rəhbəri “vurulur” – post uğrunda mübarizə - ÖZƏL

Dərbənd şəhər məclisinin sədrlik postu uğrunda mübarizə başlayıb.


Publika.az-a Dərbənddən daxil olan məlumata görə, şəhər məclisinin sədri İmam Yarəliyev “vurulur”.

Onun haqqında Rusiya İstintaq Komitəsinin Dağıstandakı İstintaq İdarəsi tərəfindən federal torpaqları qanunsuz satma və vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi qaldırılıb.


“Onun postunu təhvil verəcəyi ehtimalı böyükdür. Şəhər rəhbərliyi uğrunda Dərbəndin ləzgi və azərbaycanlı klanları arasında mübarizə başlayıb. Azərbaycanda vəzi KİV-lər “Dərbənd rayonunun rəhbərliyi uğrunda avar və azərbaycanlılar arasında mübarizə” olaraq yazırlar. Lakin bu yanlışdır. Avarlar Şimali Dağıstanda yaşayır və Dərbənddə onların gücü kifayət qədər deyil. Digər tərəfdən, Dərbənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 2015-ci ilə qədər Azərbaycan əsilli Məmməd Cəlilov təyin olunub. Burda söhbət Dərbənd Şəhər Məclisinin sədri postu uğrunda mübarizədən gedir”, - deyə mənbə bildirib.


Məlumata görə, İ. Yarəliyev bir neçə gün öncə Moskvada səfərdə olub: “O kifayət qədər imkanlı şəxsdir və Moskvada Kremlə yaxın dostları var. Yarəliyev postunu qorumaq üçün birbaşa Kremllə təmasa keçmək istəyir. Moskvada buna nə qədər nail olduğunu deyə bilmərik. Lakin Yarəliyevin əsas himayəçisi olan Putinin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsi Sergey Melikovun susqunluğu diqqət çəkir. Bu, Yarəliyevin “vurulacağı” ehtimalını artırır”.


Mənbə İ. Yarəliyevin “vurulmasında” Dərbəndin bir neçə vəzifəli şəxsinin, o cümlədən hüquq-mühafizə orqanları rəhbərlərinin maraqlı olduğunu bildirib.


İ. Yarəliyevin postuna namizədlərin adlarını dəqiqləşdirməyə çalışacağıq.


Qeyd edək ki, İ. Yarəliyev əslən ləzgidir. Dərbənd rayon icra hakimiyyətinin keçmiş başçısı, Azərbaycan əsilli Qurban Qurbanovun işdən çıxarılmasında və onun haqqında cinayət işinin açılmasında əlinin olduğu haqda informasiyalar var. Maraqlıdır ki, Q. Qurbanovun “vurulmasından” sonra İ. Yarəliyevin vəzifəsi böyüdülüb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm