Bağdadinin MDB hədəfi - Qafqaz
Bizi izləyin

Nida.az

Bağdadinin MDB hədəfi - Qafqaz

İŞİD xəlifəsi Əl-Bağdadi və tərəfdarları Yaxın Şərqdən kənarda “İslam dövləti” üçün yeni dayaq mərkəzinin yaradılmasını qarşıya məqsəd qoyub.


Publika.az xəbər verir ki, Rusiyanın “politrus.com” saytı İŞİD-in xaricdə əsas dayaq məkanı kimi Mərkəzi Asiyanı seçdiyini yazıb.


Hazırda İŞİD-in Əfqanıstan əmirləri üçün vəziyyət ürəkaçan deyil. Vaxtilə Bin Ladenin “vətənində” kənar cihadçılar taliblərin qonaqpərvərliyindən yararlana bilirdi. İndi isə vəziyyət qeyri-stabildir. İŞİD xəlifəsinin emissarları Əfqanıstanda təkcə ordu və Kabil hökumətinin polisi ilə deyil, eyni zamanda, Talibanla da amansız müharibə aparmalı olacaq. Dünən Əfqanıstan əmiri Molla Əbdül Rauf öldürülüb.


Fevralın əvvəlində informasiya agentliklərinin yaydığı xəbərsə olduqca həyəcanlı idi. Belə ki, Tacikistanla həmsərhəd olan Əfqanıstanın Gündüz əyalətindən təxminən 1000 nəfərə qədər döyüşçü İŞİD-ə qoşulub.

Əfqanıstanda gedən daxili müharibədə öldürülənlər arasında taliblərlə yanaşı, İŞİD-çilər də var. Ehtimallara görə, cihadçılar Türkmənistan və Tacikistana tərəf istiqamət ala bilər. İŞİD döyüşçülərinin bu mənada taktikası Talibandan fərqlənmir. Onlar əfqan hərbçiləri və NATO qüvvələrindən xilas yolu kimi kənar məkanlara üz tutmağı seçir.


Əfqanıstan ərazisində İŞİD tərəfdarları arasında təkcə puştunlar yox, Əfqanıstan tacikləri, Mərkəzi Asiya respublikaları, ərəb ölkələri və Şimali Qafqazdan gəlmələr də var. İctimai rəydə 5 faiz əfqanlı İŞİD-i dəstəkləyir.


Sayt yazır ki, İŞİD əmirləri Türkmənistan və Tacikistana maraq göstərir. Xüsusilə Tacikistan onlar üçün iki amilə görə sərfəlidir. Birincisi, Mərkəzi Asiya regionunda bu ölkə hərbi güc baxımından zəifdir. Bu isə onun uzun müddətli silahlı müqavimət qabiliyyətinin zəif olması deməkdir. İkincisi isə, prezident İmaməli Rəhmanın əhali arasında nüfuzunun az olması faktı İŞİD-ə sərf edir.


Burda xüsusi bir məqama da toxunmaq olar. Belə ki, İngiltərənin Exeter Universitetinin doktoru Edvard Lemon ötən ay İŞİD-in xarici döyüşçüləri haqda apardığı araşdırmada tacikləri xüsusi vurğulayırdı. Onun sözlərinə görə, Mərkəzi Asiyadan ən çox taciklər İŞİD-ə qoşulur. Əl-Bağdadinin Tacikistanı hədəf seçməsində bu amil da rol oynaya bilər.


Sayt İŞİD-in Mərkəzi Asiyanı hədəf seçməsini ümumilikdə post-sovet məkanı üçün təhlükə hesab edir. Qruplaşma gələcəkdə digər dövlətlərə, misal üçün, Rusiyaya nüfuz edə bilər.

Moskva üçün Amudərya sahillərindən İŞİD təhlükəsi aktualdır. Buna şərait yaradan səbəblər də var.

Post-sovet məkanında bir çox ölkənin liderinin yaşlı olması və xalq tərəfindən sevilməməsi, həmçinin burada ABŞ və NATO-nun gücünün daha zəif olması İŞİD üçün son dərəcədə əlverişlidir. Ekspertlərə görə, İŞİD Mərkəzi Asiyaya doğru hərəkət edərsə, növbəti hədəfdə Qafqaz ola bilər. İŞİD-in bu bölgəyə gəlməsi üçün ümumi potensial da az deyil.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm