Sələfi icması: “Suriyada öldürüldüyü deyilən İsmayılı tanımırıq” – MÜƏMMA
Bizi izləyin

Nida.az

Sələfi icması: “Suriyada öldürüldüyü deyilən İsmayılı tanımırıq” – MÜƏMMA

Suriyada döyüşən daha bir azərbaycanlının öldürülməsi xəbəri yayılıb.


Publika.az xəbər verir ki, Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü İsmayılov İsmayıl Rafiq oğlu Suriyada öldürülüb. Bu barədə həmin şəxsin qardaşı Rüstəm İsmayılov APA-ya məlumat verib.


R.İsmayılovun sözlərinə görə, qardaşının sosial şəbəkədəki profilindən ona İ. İsmayılovun Suriyada öldüyü barədə mesaj göndərilib: “Daha sonra həmin ünvana yenidən məktub göndərib suallar versəm də, cavab yazan olmadı. Az sonra isə həmin profil silindi”.


Publika.az məsələ ilə bağlı Xaçmaz rayonundakı sələfilərlə əlaqə saxlayıb.
Sələfi icması belə bir şəxsi tanımadıqlarını deyib.

Xaçmaz hüquq-mühafizə orqanlarındakı mənbə məlumatın dədiqliyinə şübhə etdiklərini bildirib. Hazırda hüquq-mühafizə orqanları məlumatın dəqiqləşdirilməsi istiqamətində iş aparır.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm