Nida.az
Züqanov Heydər Əliyev Mərkəzində - FOTO
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 10-da Heydər Əliyev Mərkəzində olub.
AzərTAc xəbər verir ki, Gennadi Züqanova dünya memarlığının nadir
incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat
verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin,
azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən
öyrənilməsinə və tədqiqinə yönəlib. Bundan başqa, Mərkəz Azərbaycan
xalqının tarixi, dili, mədəniyyəti və digər milli sərvətlərinin
beynəlxalq arenada populyarlaşmasına və təbliğinə, elmin
dəstəklənməsi və inkişafına, təhsilə, mədəniyyətə, səhiyyəyə,
idmana, ekologiyaya və iqtisadiyyatın müxtəlif sahələrinə xidmət
edən layihələr həyata keçirir.
Qeyd olunub ki, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında
tikilmiş Mərkəz dünya memarlığı siyahısına daxil edilib. Burada
rəsmi qəbulların, beynəlxalq konfransların, iclasların və digər
tədbirlərin keçirilməsi üçün bütün şərait yaradılıb.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi qonaqlarda böyük maraq
oyadıb.
Diqqətə çatdırılıb ki, muzey ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi ərəfəsində açılıb. Muzeyin “Fotolarda
əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”,
“Dövlətçilik, irs və nailiyyətlər” bölmələrində Ulu Öndərin həm
sovet dövründə, həm də müstəqillik illərində fəaliyyət
konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim olunur.
Materiallar hər mövzu üzrə Azərbaycan və ingilis dillərində olmaqla
səsli formatda təqdim edilir.
Nümayəndə heyətinin üzvləri Mərkəzdə həmçinin “Azərbaycan inciləri”
sərgisi ilə tanış olublar. Məlumat verilib ki, Azərbaycanın
tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz
təbii sərvətlərini, çoxəsrlik tarixini, mədəni irsini əks etdirən
nadir eksponatlar nümayiş olunur. Sərgidə qədim sənətlərin, o
cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri yer
alıb, mis məmulatlar xüsusi maraq doğurur. Azərbaycanın qədim
musiqi alətləri orijinal formada – səsli təqdim olunur.
Azərbaycanın milli geyimlərinin, qədim sikkələrinin nümayiş
olunduğu ekspozisiyada qonaqların diqqətinə müxtəlif dillərdə
müqəddəs kitablar da çatdırılıb.
Qonaqlar Mərkəzin “Auditorium” zalı ilə də tanış olublar.
Gennadi Züqanov Mərkəzin Xatirə kitabına ürək sözlərini yazıb.
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı