Vahid Əhmədov: “Dövlət qurumlarının birləşdirilməsi prosesi davam edəcək”
Bizi izləyin

Nida.az

Vahid Əhmədov: “Dövlət qurumlarının birləşdirilməsi prosesi davam edəcək”

“Azərbaycanda büdcədən maliyyələşən dövlət qurumlarında struktur dəyişikliyinin aparılmasına ehtiyac var”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı ekspert Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bir-birini təkrarlayan dövlət qurumlarının sayı kifayət qədər çoxdur. V.Əhmədov deyib ki, bu təşkilatların azaldılması ilə bağlı qərarlar verilməlidir: “Dövlət başçısı tərəfindən mütəmadi olaraq struktur dəyişiklikləri aparılır. Bu yaxınlarda prezidentin sərəncamı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək, onun səlahiyyətləri Dövlət Əmlak Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib. Ötən gün isə Azərbaycan prezidenti İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin adının dəyişdirilərək “Azərişıq” ASC adlandırılması ilə bağlı sərəncam imzalayıb. Yəni, bütün bunlar çox ciddi islahatlardır. Bu proseslər davam edəcək. Çünki hələ bir-birin təkrar edən xeyli sayda dövlət qurumları qalmaqdadır. Həmin qurumların da birləşdirilməsinə ciddi ehtiyac var. Düşünürəm ki, bu cür addımların davamı olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm