Müsavat iqtidarla dialoqdan qaçdı – Açıqlama
Bizi izləyin

Nida.az

Müsavat iqtidarla dialoqdan qaçdı – Açıqlama

Müsavat Partiyası sabah keçiriləcək iqtidar-müxalifət görüşündə iştirak etməyəcək.

Publika.az xəbər verir ki, bu barədə partiya xüsusi açıqlama yayıb.

Müsavat bəyan edib ki, partiya iqtidarın ölkədə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən müxalifət partiyaları ilə təmas qurmaq, cəmiyyətdə mövcud olan problemləri müzakirə etmək təşəbbüslərini müsbət dəyərləndirir.

Müsavat Partiyası hesab edir ki, bu təşəbbüslərin real nəticələrinin olması üçün müzakirə olunacaq məsələlərin, iştirakçıların formatının tərəflərlə əvvəlcədən müzakirə edilərək razılaşdırılması vacibdir.

“Bu görüşdə müzakirə ediləcək məsələlər əvvəlcədən razılaşdırılmayıb. Görüşün formatının hansı prinsiplərlə müəyyənləşdirildiyi məlum deyil.

Müsavat Partiyası qeyd edilənləri nəzərə alaraq 12 fevral 2015-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək görüşdə iştirak etməyəcək.

Müsavat Partiyası ümummilli məsələlərlə bağlı bütün siyasi qüvvələrlə, o cümlədən Azərbaycan hakimiyyəti ilə dialoqa hazır olduğu barədə əvvəllər də açıqladığı mövqeyə sadiq olduğunu bəyan edir. Müsavat Partiyası müzakirə ediləcək məsələlərin, müzakirələrdə iştirak edəcək tərəflərin formatının əvvəlcədən müəyyələnləşdiriləcəyi və razılaşdırılacağı təqdirdə iqtidarla ümummilli məsələlərə dair müzakirələr aparmağa hazırdır”, - deyə partiya bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm