“Ermənistanın torpaq iddiaları bölgədə sülhün təminatı üçün maneədir” - FOTOLAR- YENİLƏNDİ
Bizi izləyin

Nida.az

“Ermənistanın torpaq iddiaları bölgədə sülhün təminatı üçün maneədir” - FOTOLAR- YENİLƏNDİ

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin bir neçə gün əvvəl Azərbaycana etdiyi səfəri xatırladan PA şöbə müdiri bu cür səfərlərin ölkələr arasındakı münasibətləri daha da genişləndirdiyini dilə gətirib.

Bu gün Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan- Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans keçirilib.



Publika.Az xəbər verir ki, tədbirdə üç strateji müttəfiq arasındakı münasibətlərin bu günü, regional siyasətin müəyyənləşdirilməsinə təsir imkanları, onlara qarşı yönəlmiş çağırışlara cavab vermə mexanizmi və münasibətlərin gələcəyi müzakirə olunub.



Konfrans öz işinə Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov açılış nitqi ilə başlayıb.


Moderatorunun ADA Universitetinin professoru Taleh Ziyadovun olduğu “Üçtərəfli strateji əməkdaşlıq və regional təhlükəsizliyin müasir vəziyyəti” mövzulu birinci panelin məruzəçiləri Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Qara Dəniz Strateji Araşdırmalar Mərkəzinin direktoru (Türkiyə) Yalçın Sarıkaya və Gürcüstanın Siyasət Mərkəzinin direktoru Korneli Kakaçia olub.



Daha sonra tədbir “Müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivləri” mövzulu xüsusi sessiya ilə davam etib. Xüsusi sessiyanın moderatoru SAM-ın aparıcı elmi işçisi Zaur Şiriyev, məruzəçiləri isə Türkiyə Respublikasının Müdafiə Sənayesi Katibliyinin Beynəlxalq Əməkdaşlıq idarəsinin rəhbəri Yakup Taşdelen və Gürcüstan Müdafiə Nazirliyinin «Delta» Hərbi-Elmi Texniki Mərkəzinin direktoru Uça Dzodzuaşvili olub.



Moderatorunun SAM-ın İqtisadiyyatın təhlili və qloballaşma şöbəsinin müdiri Vüsal Qasımlının olduğu " İqtisadi potensialın inkişafı: enerji, daşınma və investisiya layihələri " mövzulu ikinci panelin məruzəçiləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov, “Turkish Policy Quarterly” jurnalının baş redaktoru (Türkiyə) Nigar Göksel və Gürcüstan Universitetinin professoru (Gürcüstan) Akaki Tsomaia olub.



Üçtərəfli strateji əməkdaşlığın gələcəyi” mövzulu üçüncü panelin moderatoru SAM-ın Xarici siyasətin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov olub. Tədbir üçüncü panelin məruzəçiləri SAM-ın baş elmi işçisi Cavid Vəliyev, Kadir Has Universitetinin professoru (Türkiyə) Mitat Çelikpala və Gürcüstan Strateji Araşdırmalar İnstitutunun prezidenti, Gürcüstanın sabiq xarici işlər və ədliyyə naziri Eka Tkeshelashvilinin çıxışları ilə öz işini bitirib.


Qeyd edək ki, konfrans materialları əsasında konfransın məruzəsi hazırlanacaq və nəşr olunacaq.

10.28

Bu gün Bakı şəhərində Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, konfransın açılış nitqini Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov edib. E. Aslanov hər üç ölkənin son 20 ildə dünyanın əksər siyasi və iqtisadi mərkəzlərin diqqət mərkəzində olduğunu bildirib. O bunu son illər aparılan işlərin nəticəsi olduğunu bildirib. Hər üç ölkənin münasibətlərinin uzun tarixi olduğunu deyən E.Aslanov TANAP, Bakı-Tiflis-Qars dəmir yolu, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Ceyhan enerji layihələlərinin sözügedən ölkələri daha da yaxınlaşdığını dilə gətirib. Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin bir neçə gün əvvəl Azərbaycana etdiyi səfəri xatırladan PA şöbə müdiri bu cür səfərlərin ölkələr arasındakı münasibətləri daha da genişləndirdiyini dilə gətirib.

E.Aslanov Ermənistanın torpaq iddialarının bölgədə sülhün təminatı üçün maneə törətdiyini bildirib.

“Ermənistanın torpaq iddiaları yalnız Azərbaycana qarşı deyil, eyni zamanda Gürcüstan və Türkiyə ərazisinədir. Nə qədər ki, Ermənistan bu iddialardan əl çəkməyib, regionda sülhə də təhlükə var. Nə qədər ki, Ermənistan bu iddialardan əl çəkməyib, Azərbaycan onun təcrid olunması siyasətini davam etdirəcək. Çox istərdik ki, bu cür tədbirlərdə Ermənistan da iştirak etsin. Gün gələcək ki, bu cür konfranslar Serj Sarkisyanın xarabalığa çevirdiyi Xocalıda keçiriləcək, Şuşada keçiriləcək. Biz buna əminik”,- E.Aslanov bildirib.

Konfransda üç strateji müttəfiq arasındakı münasibətlərin bu günü, regional siyasətin müəyyənləşdirilməsinə təsir imkanları, onlara qarşı yönəlmiş çağırışlara cavab vermə mexanizmi və münasibətlərin gələcəyinin müzakirəsi nəzərdə tutulub. Tədbirdə Gürcüstan parlamentinin beynəlxalq əlaqələr komissiyasının sədr müavini, Gürcüstanın keçmiş xarici işlər naziri, Türkiyə və Gürcüstanın nüfuzlu ekspertləri, eyni zamanda, Türkiyə Müdafiə Sənayesi Katibliyinin idarə rəisi iştirak edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm