• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Arif Hacılının qardaşından İbadoğluya cavab: “Bu irin-qan yığnağı...” – POLEMİKA

  • Nida.az
  • 11 Fevral 2015 15:21
  • 372 Baxış
Arif Hacılının qardaşından İbadoğluya cavab: “Bu irin-qan yığnağı...” – POLEMİKA

Müsavat başqanı Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli Müsavatdan çıxarılan başqanlığa keçmiş namizəd Qubad İbadoğluya cavab verib.


Publika.az xəbər verir ki, V. Hacıbəyli Qubad İbadoğlunun Arif Hacılıya “qardaşınızın mənim ünvanıma söylədikləri uydurma böhtan və təhqirlərə görə şeytan da onlara həsəd aparar. Bunlar heç şeytanın da ağlına gələ bilməzdi” sözlərinə cavabında bunu təhqir adlandırıb: “Şeytanın kimliyinin hamıya məlum olması üçün aramızda olan polemikanın qısa xülasəsini vermək istəyirəm.

Qurultaya qədər bu mövzuya heç toxunmadım, münasibət bildirmədim. Qurultaydan sonra dostumuzun İsa bəyə və Müsavat rəhbərliyinə ünvanlanan ittihamlarına cavab olaraq yazmışam: “İsa bəyin səs hüququnu kim əlindən alıb ki? O, müsavatçı deyil? Budurmu sizin yeni təfəkkürünüz, yeni nəfəsiniz, yeni simanız? Kənardan heç də yaxşı görünmür”. Qubad mənim danışmağa mənəvi və siyasi hüququmun olmadığını deməklə cavab verdi. Mən isə belə cavab vermişəm: “Deyirsən ki, mən bütün Müsavat rəhbərliyinə qarşı apardığım mübarizədə uduzmuşam, mən də bunu faktlarla təkzib etmişəm. Əgər özünü ziyalı hesab edirsənsə, əks arqumentini söylə, dediyini sübut et. Arqumentin yoxdursa “sən özün pis adamsan” tipli polemikaya keçmə, çünki bu sayaq polemika ziyalıya yaraşmır”.


V. Hacıbəyli xatırladıb ki, ötən il noyabrın 8-də Müsavatda Q. İbadoğlunun tərəfdarları ilə keçirdiyi görüşə hərə bir cür qiymət verəndə özü barışdırıcı mövqedən çıxış edib: “Yazmışdım ki, Qubad İbadoğlu noyabrın 8-də bütün müsavatçıları yığıncağa dəvət edərək “görüşün Müsavatın çağdaş tarixində barışıq, birlik, vəhdət və bütövlük görüşü kimi yadda qalacağına inandığını” bəyan edib. Nə qədər lazımlı və gözəl sözlərdi. Mən bu sözlərin səmimiyyətinə inanmaq istəyirəm və hamını da buna inanmağa çağırıram”. Mənim bu xoşməramlı mövqeyimə dostumuzun reaksiyası isə bu şəkildə oldu: “O gedib biznesi ilə məşğul olsun”. Yeni hərəkat yaratdıqlarını bəyan edəndə də bəzi dostlarımızın aqressiv reaksiyalarına cavab olaraq yazmışam: “ADR-in yaradılması barədə bəyannaməni oxudum və bu münasibətlə verilən ilkin rəylərlə tanış oldum. Partiya üzvlərinin ictimai hərəkat yaratmasının partiya nizamnaməsi ilə bir araya sığmadığı barədə açıqlamaların hüquqi əsası yoxdur. Hesab edirəm ki, siyasi baxımdan da qəbul edilən qərar yaranmış vəziyyətdən məqbul çıxış yollarından biridir.

Bu prosesin partiyanın rəsmən parçalanması və ya hansısa tapşırığın yerinə yetirilməsi kimi dəyərləndirilməsi isə ən azı tələsik verilən qiymətdir. Hər şey indidən sonra atılacaq addımlardan, xoşniyyətli olub-olmamaqdan, aparılan fəaliyyətin daxili qeyri-sağlam rəqabətə, yoxsa irticaya qarşı yönələcəyindən çox asılıdır. Mən tam səmimiyyətlə hərəkatın yaradılması barədə bəyanatı imzalayanlara uğurlar arzulayıram və xeyirli olsun deyirəm”. Yazdıqlarımın mətnindən də görünür ki, bu məsələdə mənim mövqeyim kimlərə qarşıdır. Ən azı heç kəs məni qərəzli olmaqda, ədalətin yanında olmamaqda günahlandıra bilməz”.


Müsavat Divanının Qubad İbadoğlu ilə bağlı qərarına gəldikdə isə, V. Hacıbəyli bu məsələdə Mirbaba Babayevi dəstəklədiyini açıqlayıb.
O, Q. İbadoğluya öz sözləri ilə cavab verib.


“Get yazdıqlarını soyuq başla bir də oxu, ya da ədalətinə ən çox güvəndiyin adama oxutdur, onda biləcəksən ki, bu irin-qan yığnağı ziyalının missiyası ola bilməz. Bu, sənin “qəzəb gəldi, ədəb getdi” missiyandır. Bu missiyanın sənin sözdə istinad etdiyin ədalətə və demokratik ideallara heç bir dəxli yoxdur”, - deyə o bildirib.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR