“Bəzi fondlar buna maliyyə ayırırlar” – RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Bəzi fondlar buna maliyyə ayırırlar” – RƏSMİ AÇIQLAMA

“İstər baş nazir, istər prezident, istərsə də xarici işlər naziri səviyyəsində Türkiyənin mövqeyi ondan ibarətdir ki, Türkiyə -Ermənistan sərhədləri yalnız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra açıla bilər”.

“İstər baş nazir, istər prezident, istərsə də xarici işlər naziri səviyyəsində Türkiyənin mövqeyi ondan ibarətdir ki, Türkiyə -Ermənistan sərhədləri yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra açıla bilər”.

Publika.Az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı son vaxtlar səslənən fikirləri şərh edərkən deyıb.

“Biz buna inanırıq və düşünürük ki, bu Türkiyənin xarici siyasətinin strateji xətti olaraq davam etdiriləcək”, -E.Aslanov Türkiyə rəsmilərinin verdiyi bəyanatlara inandıqlarını bildirib.

Bununla belə bir çox qüvvələri tərəfindən Türkiyən-Ermənistan sərhədlərinin açılması üçün maliyyənin ayırdığını, bu istiqamətdə müəyyən işlər gördüyünü söyləyib: “Bəzi fondlar buna maliyyə ayırırlar, Avropada yerləşən qüvvələr bu istiqamətdə cəhdlərini əsirgəmirlər. Amma sərhədlərin bağlanması səbəblərini araşdırsaq, sərhədlər Azərbaycan torpaqlarının işğalına görə bağlanılıb. Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunandan, Ermənistanın pozucu siyasətinə son qoymasından sonra sərhədlər açıla bilər. Ermənistanın regiondakı pozucu siyasəti onun həm siyasi, həm də iqtisadi müstəvidə oyundan kənar qalmasına səbəb olub”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm