Nida.az
Əli Həsənov: Bəzi qüvvələr Azərbaycanı...
Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov Bakıda “The Financial Times” qəzetinin müxbirlərinə sensasion sayıla biləcək açıqlamalar verib.
Qəzet az əvvəl bu açıqlamaları öz saytında yayıb. Əli Həsənov
jurnalistlərin suallarına cavabında ABŞ-da Ukraynaya silah
verilməsinə dair artan tələbləri dəstəkləməyib. Eyni zamanda
Bakının Ukraynadakı münaqişənin Azərbaycanın milli təhlükəsizliyinə
və daxili sabitliyinə mümkün təsirindən narahatlığını ifadə
edib.
“Ümumiyyətlə, Azərbaycan münaqişələrin hərbi yolla həllinə
qarşıdır. Biz hesab edirik ki, müasir dünyada münaqişələrin həlli
üçün daha güclü alətlər var”, - deyə Ə.Həsənov bildirib.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, Azərbaycan Qərb
hökumətlərinin Ermənistana qarşı Ukrayna məsələsində olduğu kimi
sərt mövqe tutmamasından məyusdur: “Bizim bu məsələdə Qərbə
etirazlarımız ikili standartlara görədir. Bir münaqişədə Qərb
tərəflərdən birini separatçılar adlandırır, digərində bunu
etmir”.
Ə.Həsənovun bildirdiyinə görə, Qarabağ münaqişəsi zonasında son
vaxtlar gərginliyin artması Ermənistanda öz mövqelərini
möhkəmləndirmək istəyən daxili qüvvələrin işidir. O, ABŞ və
müttəfiqlərinin Ermənistanı beynəlxalq təşkilatlardan qovmaq üçün
tədbirlər görməli olduğunu deyib.
Ə.Həsənov Azərbaycanda radikal İslam təhlükəsi barədə də danışıb.
Deyib ki, bəzi qüvvələr Azərbaycanı radikal fundamentalistlərin
ölkəsi kimi görmək istəyir, bəzi qüvvələr Azərbaycanın dünyəvi
inkişaf yolunu dağıtmağa çalışır.
Qəzet qeyd edir ki, bununla belə cənab Həsənov ABŞ-la münasibətlərə dair barışdırıcı ton seçib, Bakının Vaşinqtonla terrorla mübarizədə və enerji sahəsində əməkdaşlığını qeyd edib, insan haqları məsələsində fikir ayrılıqlarının yaranmasına görə Amerika hökumətinin özünü deyil, ABŞ-dakı qeyri-hökumət təşkilatlarını günahlandırıb.
“Təəssüf ki, bəzi qüvvələr bu insidentlərdən istifadə edərək
Amerika-Azərbaycan münasibətlərini pisləşdirməyə, Azərbaycanın
imicinə zərbə vurmağa çalışır. Lakin Azərbaycan Qərb ölkələri ilə
strateji tərəfdaşlığa sadiqdir” - deyə PA rəsmisi bildirib.
Ə.Həsənov Azərbaycanın Suriyaya döyüşməyə gedən radikallar
problemini Qərblə bölüşür. O, 300-ə yaxın azərbaycanlının döyüşmək
üçün Suriyaya getdiyini, onların evə qayıtdıqdan sonra
təhlükəsizliyə potensial təhlükə yaradacağını deyib.
“Hesab edirəm ki, Qərb ölkələrinin Suriyaya döyüşməyə gedən bir neçə yüz vətəndaşı ora gedən bir neçə yüz azərbaycanlıdan daha az təhlükəlidir” - deyə Əli Həsənov Azərbaycan əhalisinin nisbətən az olduğuna eyhamla bildirib.
Prezident Administrasiyasının rəsmisi həmçinin deyib ki, neftin ucuzlaşmasına baxmayaraq hökumtə büdcə və inkişaf planlarını yerinə yetirə biləcək. Çünki hökumət bank depozitlərinə, daşınmaz əmlak satışına və bahalı xarici maşınlar kimi dəbdəbə predmetlərinə vergilər qoyub.
Bununla belə Ə.Həsənov özəl sektora əlavə vergi qoyulmayacağını
bildirib. O, manatın kəskin devalvasiyasını istisna edib. Amma
deyib ki, manatın avroya nisbətdə kursuna yenidən baxıla
bilər./virtualaz.org/
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü