• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi qaydasında dəyişiklik edildi

  • Nida.az
  • 12 Fevral 2015 10:26
  • 282 Baxış
Siyasi partiyaların maliyyə hesabatlarının təqdim edilməsi qaydasında dəyişiklik edildi

Azərbaycanda “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nda dəyişiklik edilib.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nda dəyişikliklər edilməsi haqqında qərar qəbul edilib.

Qərarla Nazirlər Kabinetinin “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nın 5.1-ci və 5.2-ci bəndlərinə dəyişiklik edilib.

Qaydanın 5.1-ci maddəsinə edilən dəyişikliyə əsasən, bundan sonra siyasi partiyaların illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.

Qaydanın 5.2-ci maddəsinə edilən dəyişikliyə əsasən, bundan sonra Mərkəzi Seçki Komissiyası bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR