“Forbes”: “Putin qələbə çalarsa...” – Bakı üçün şok PROQNOZ
Bizi izləyin

Nida.az

“Forbes”: “Putin qələbə çalarsa...” – Bakı üçün şok PROQNOZ

“Putin nəticə etibarilə qələbə çalarsa, o, Şərqi Avropa, Baltikyanı ölkələr və Bakını tutacaq”.


Publika.az xəbər verir ki, bu barədə “Forbes” nəşrində yayımlanan “Obama və Merkel Putini başa düşmür” adlı məqalədə bildirilir.


Məqalədə Qərbin Rusiya ilə xoş dildə danışdığı və bunun acı nəticələrinin olacağı deyilir: “Ukraynada Rusiyanı əzmək lazımdır. Əks təqdirdə, Putin eyni ssenarini davam etdirəcək və Şərqi Avropadan başlamış Bakı neftinə qədər, eləcə də Orta Asiyaya qədər öz kölgəsini genişləndirəcək. Hazırda yeni şans yaranıb. Rusiya Donbasda sıxışıb qaldığı bir vaxtda Qərb azad olmağa can atan Orta Asiyaya diqqətini artırmalıdır. Daha geniş dünyaya qoşulmaq üçün boru kəmərləri inşa olunması və Rusiyanın sərhədlərindən kənarda güclü ölkələrin formalaşdırılması lazımdır. Artıq Azərbaycanda bu layihə var və Gürcüstan vasitəsilə keçir. Bunu Orta Asiyaya qədər uzatmaq lazımdır. Ermənistana gəlincə, bu ölkə dilənir və Moskvadan asılıdır. Lakin eyni proseslərə onu da qoşmaq olar. Əks təqdirdə, Putin ciddi problemlər yaradacaq”.


“Forbes” Rusiyada vətəndaş cəmiyyətinin dəstəyinin də vacibliyinə toxunub.


“Ruslara hakimiyyətlərinin avantürasını başa salmaq lazımdır. Onlar bu hakimiyyətə tabe olduqları təqdirdə, yaxşı gələcəyə sahib olmayacaqlarını bilməlidir. Hazırda ruslar üçün Putin qürur mənbəyidir. Biz qərar vermək gücündəyiksə, o zaman dünya Ukraynadan başlayaraq dəyişməyə doğru gedir”, - deyə nəşr bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm