İsa Qəmbərdən dialoq açıqlaması: “Mən başlığı belə yazardım”
Bizi izləyin

Nida.az

İsa Qəmbərdən dialoq açıqlaması: “Mən başlığı belə yazardım”

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər partiyanın itqidar-müxalifət görüşünə qatılmamasına dair qərarını dəstəkləyib.


Publika.az xəbər verir ki, İsa Qəmbər bu barədə fikirlərini “facebook” səhifəsində yazıb.


Onun fikrincə, Müsavat Partiyası prinsipial və doğru qərar verib.


“Qərar pafossuz və səs-küysüz, məntiqli və arqumentli sənəddə ifadə edilib. Bu qərarı qəzetlər və saytlar müxtəlif maraqlı başlıqlarla yayıb. Başlığı mən seçsəydim, ən azı ikinci başlıqda belə yazardım: “Müsavatın qərarı hakimiyyətlə müxalifət arasında, iqtidarla Müsavat arasında həqiqi dialoq şansını qoruyub saxladı”. Çünki Azərbaycanı düçar olduğu və dərinləşəcəyi heç bir şübhə doğurmayan böhrandan yalnız həqiqi dialoq qurtara bilər. Bunun yeganə alternativi əksəriyyətin arzulamadığı üsyandır. Həqiqi dialoq müxalifətə də, hakimiyyətə də ən çox da problemlərin həllini, sürətli və davamlı inkişaf başlamasını istəyən cəmiyyətə lazımdır”.


Qeyd edək ki, hazırda Beynəlxalq Mətbuat Mərkəzində iqtidar-müxalifət dialoqu keçirilir. İqtidardan görüşdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, onun müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak edir.


Siyasi partiyalardan isə dialoqa Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Xalq Partiyasının sədri Pənah Hüseyn, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə qatılıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm