Pənah Hüseyn müxalifət-iqtidar dialoqundan razı qaldı – FOTO
Bizi izləyin

Nida.az

Pənah Hüseyn müxalifət-iqtidar dialoqundan razı qaldı – FOTO

Müxalifət yönümlü Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bu gün Bakıda keçirilən iqtidar-müxalifət dialoqunun nəticələri barədə danışıb.

Publika.az-ın məlumatına görə, P.Hüseyn jurnalistlərə açıqlamasında görüşün vacib əhəmiyyət kəsb etdiyini deyib: “Hakimiyyətlə siyasi partiyalar arasında ikinci dəfə baş tutan bu görüşü çox mühüm addım hesab edirəm. Bu görüş Prezident Administrasiyasının təşkilatçılığı ilə baş tutdu. Aparılan müzakirələri tam olmasa da, hakimiyyətin siyasi partiyalarla və müxalifətlə dialoqu adlandırmaq olar. Görüş zamanı biz fikrimizi belə ifadə etdik ki, burada iştirak etməyən siyasi partiyaların gələcək tədbirlərdə iştirakı daha faydalı olar. Bu partiyaların bəziləri dəvət olunsalar da, iştirak etmirdilər, bəziləri isə ümumiyyətlə dəvət olunmamışdılar. Biz bildirdik ki, gələcək görüşlərdə dəvət olunmayan partiya qalmasın”.

P.Hüseyn qeyd edib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, siyasi məhbuslar, seçki prosesində partiyalara şəraitin yaradılması və digər məsələlər müzakirə olunub: “Prezident Administrasiyasının əməkdaşları müzakirə olunan məsələlərlə bağlı qeydlər götürdülər və bununla bağlı dövlət başçısına məruzə edəcəklərini bildirdilər. Fikrimcə, görüşün əhəmiyyəti barədə nəticələr əldə edildikdən sonra danışmaq daha doğru olardı. Prinsip etibarilə bunu ölkədə yeni siyasi vəziyyətə keçmək üçün şans kimi dəyərləndirərdim”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm