Hacılı ailəsi Hikmət Hacızadəni hədəf aldı: “Bu səviyyəyə endiyinizə görə...”
Bizi izləyin

Nida.az

Hacılı ailəsi Hikmət Hacızadəni hədəf aldı: “Bu səviyyəyə endiyinizə görə...”

“Hikmət bəy, Səxavət Əlisoyun faşist açıqlamasına “etiraz edirəm” deməklə üstündən keçirsiniz. Necə deyərlər, can dərdi bir kəlmə söylədiniz. Bu da sizə sual veriləndən sonra. Amma özünüzə sərf edən mövzuda “liberalizm” deyib az qala özünüzü “lezvalayırsız”.


Publika.az xəbər verir ki, bunu Müsavat Partiyası başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli partiya sıralarından istefa verən Hikmət Hacızadənin ittihamlarına cavab olaraq bildirib.


Arif Hacılının qardaşı H. Hacızadəni “sabotajla” məşğul olmaqda ittiham edib: “Zamanında Səxavət Əlisoya etiraz etsəydiniz, bəlkə, indi səmimiyyətinizə inanardım. Qubad İbadoğlunun qurultaya qarşı çıxmasına, onun və bəzi dostlarınızın Müsavat nizamnaməsini dəyişdirib İsa Qəmbəri əbədi başqan etməsinə demokratiya və liberalizm kontekstində bir reaksiya versəydiniz, indi səmimiyyətinizə inanardım.

Əlövsət Talışxanlının, sizin qruplaşmanın üzvü olan digər dostlarınızın illərlə MNTK olaraq fəaliyyət göstərməməsinə reaksiya versəydiniz, partiyanın maraqları və məsuliyyət kontekstində buna qiymət versəydiniz, “bacarmadılar” desəydiniz, səmimiyyətinizə inanardım. Sizin qruplaşmanın üzvləri “sabotajla” məşğul idi. Məsələn, Təşkilat Komitəsi 4 dəfə cəhd edəndən sonra da Tovuzda konfrans keçirə bilməmişdi. Yalnız Qubad İbadoğlunun namizədliyi irəli sürüləndən sonra bunu etdilər. Bu, tək Tovuzda olmayıb, hamısında motiv eyni olub. O vaxt da susmusunuz”.

M. Hacıbəyli qeyd edib ki, Müsavatdan qurultaydan əvvəlki illərdə də kimlərsə partiyadan qovulub, cəzalandırılıb: “O vaxt nəyəsə reaksiya versəydiniz, səmimiyyətinizə inanardım. Ənvər Əhməd barəsindəki qərardan narazıdırsa, şikayət versin. Əgər siz həbsdəki insanların hüquqlarının müdafiəsi üçün belə fəallıq etsəydiniz, lap elə Ənvər Əhməd özü həbsdə olanda onun müdafiəsinə qalxsaydınız, sizin səmimiyyətinizə inanardim. Nə indiki, nə əvvəlki məhbusların müdafiə tədbirlərində iştirak etməmisiz.

Qubad İbadoğlunun başqanlığı kimi xırda, merkantil bir məqsəd uğrunda nizamnamədən kənara çıxdıqları üçün barəsində partiya tədbiri görülənləri müdafiə etdiyiniz kimi, digər insanları müdafiə etsəydiniz, səmimiyyətinizə inanardım. Görürəm ki, siz indi demokratiya və liberalizm ideyalarını yalnız Qubad İbadoğluna, Mədən Sənayesində Şəffaflıq Koalisiyasının operatoruna xidmət göstərmək üçün istifadə edirsiniz. Bu səviyyəyə endiyinizə görə təəssüf edirəm”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm