XİN: Emin Hüseynov gizlənib!
Bizi izləyin

Nida.az

XİN: Emin Hüseynov gizlənib!

Barəsində cinayət işi açılmış Emin Hüseynov adlı Azərbaycan Respublikası vətəndaşının İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyində gizlənməsi məsələsi ilə əlaqədar Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşı Emin Hüseynov barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla, 19 avqust 2014-cü il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

Məhkəmə qərarı əsasında aparılmış araşdırmalar nəticəsində Emin Hüseynovun “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” ictimai birliyinin sədri kimi qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 1.575.956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi və dövlət büdcəsinə ödənilməli olan 247.551 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayındığına dair əsaslı şübhələr müəyyən edilib.

07 iyul 2014-cü il tarixindən etibarən Emil Hüseynov dəfələrlə ünvanına çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də, qaçaraq İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyində gizlənib.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər bir vətəndaşın təqsirsizlik prezumpsiyası hüququ vardır.

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm