Finlandiyadan Dağlıq Qarabağ xəbəri
Bizi izləyin

Nida.az

Finlandiyadan Dağlıq Qarabağ xəbəri

Finlandiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin tərəfdarıdır.

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" səhifsində yazıb.

C.Uorlik yazıb ki, Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyey ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.

“Finlandiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişin tərəfdarıdır”, həmsədr əlavə edib.

Qeyd edək ki, Minsk qrupunun həmsədləri C.Uorlik (ABŞ), Pyer Andre (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Finlandiyada səfərdədirlər.

Həmsədrlər bu saatlarda Finlandiya XİN rəhbəri və dövlət katibi Piter Stenlandla görüşlər keçirirlər.

Həmsədrlər fevralın 15-də Azərbaycana, sonra isə Ermənistana səfər edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm