ABŞ-ın yeni səfiri gəldi - FOTOLAR
Bizi izləyin

Nida.az

ABŞ-ın yeni səfiri gəldi - FOTOLAR

Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekuta artıq Bakıdadır.

Publika.az xəbər verir ki, bu dəqiqələrdə səfirin təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Hava limanına enib. Azərbaycana gəlməkdən məmnun olduğunu deyən səfir, jurnalistlər üçün qısa açıqlama verib.

"Bakıda olmaqdan məmnunam. Tezliklə etimadnaməmi Prezident İlham Əliyevə təqdim edib, səfir kimi işimə başlamaq istəyirəm. Məqsədim iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə və inkişafına töhfə vrməkdir".

Ötən ilin sentyabrında Senat R.Sekutanın Azəbaycana səfir qismində göndərilməsinə dair namizədliyini təsdiq edib. O, bu vəzifəni icra edən və səlahiyyətləri 2014-cü ilin yayında bitən Riçard Morninqstarı əvəz edəcək.

Vasif Həsənli

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm