“Bakı Qarabağ üçün müharibə aparacaq” – Rusiyadan İrəvana xəbərdarlıq
Bizi izləyin

Nida.az

“Bakı Qarabağ üçün müharibə aparacaq” – Rusiyadan İrəvana xəbərdarlıq

“Ukraynanın indiki vəziyyəti Azərbaycan üçün mükəmməl dərsdir”.


Publika.az xəbər verir ki, bu barədə məşhur rusiyalı publisisti, “Alte et Certe” analitik mərkəzinin rəhbəri Andrey Yepifantsev deyib.


Rusiyalı publisist hesab edir ki, Ukrayna müharibəsiz qalib gələ bilməyəcək: “Çünki cəmiyyətdə əvvəldən bu əhvali-ruhiyyə formalaşıb. Digər tərəfdən, Minsk danışıqları yeni şans idi. Lakin görünür, Rusiya sona qədər öz mövqeyini qoruya bildi. Eyni təcrübə Azərbaycan üçün də keçərlidir. Bakı Dağlıq Qarabağı danışıqlar yolu ilə qaytara bilməyəcək. Çünki danışıqlarda mütləq güzəştə getməlidir. Ona görə də yeganə yol müharibədir. Bakı Qarabağ üçün müharibə aparmağa məcburdur. Bunu Ermənistan da anlayır”.

Rusiyalı analitikə görə, Poroşenko əvvəldən sərt siyasət yürütməklə səhv etdi.


“Ölkədə qəzəbli kütlələr çoxaldı və onlar güzəşt istəmirlər. Əgər bu gün Poroşenko güzəştə edərsə, bu onun özü üçün pis nəticələnəcək. Bunu özü də anlayır. Danışıqları tamamilə uğurlu adlandıra bilməməyimizin səbəbləri sırasında bu da var”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm