İqtidar-müxalifət dialoqu parlamentdə: “Onlar kölgə altında deyil, kök altındadırlar”
Bizi izləyin

Nida.az

İqtidar-müxalifət dialoqu parlamentdə: “Onlar kölgə altında deyil, kök altındadırlar”

Ötən gün keçirilən iqtidar-müxalifət dialoqu bu gün Milli Məclisin plenar iclasında gündəmə gətirilib.

Publika.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov qeyd edib ki, bu görüşdə geniş fikir mübadiləsi aparılıb, ümummilli məsələlər müzakirə edilib və bu da ictimaiyyət tərəfindən müsbət qarşılanıb.

S.Novruzov deyib ki, bu görüşlərin daimi və ictimaiyyət üçün açıq olması bir daha Azərbaycan iqtidarının, Prezidentinin hər bir işi şəffaf idarə etməsinin bariz nümunəsidir.

S.Novruzov əlavə edib ki, həm legitimlikləri olmayan, həm də ayrı-ayrı xarici qüvvələrin maraqlarını həyata keçirən bəzi partiyaların mətbuat orqanlarının bu görüşlərin üzərinə kölgə salmaq istəməsi təəssüf doğurur: “ATƏT belə görüşlər keçirəndə canfəşanlıq edirdilər, ancaq indi bu görüşün üzərinə kölgə salmağa çalışırlar. Bu da onu göstərir ki, onlar ayrı-ayrı dairələr tərəfindən idarə edilir, ümummilli maraqlara deyil, şəxsi maraqlara xidmət edirlər”.

Millət vəkili Qüdrət Həsənquliyev də iqtidar-müxalifət dialoqunu müsbət dəyərləndirərək bildirib ki, xarici qüvvələrin əlində oyuncağa çevrilən bəzi siyasi qüvvələr bu görüşün üzərinə kölgə salmağa çalışır: “Amma hesab edirəm ki, bununla heç nəyə nail olmayacaqlar. Bu görüş ölkədə siyasi sistemin, demokratiyanın inkişafına müsbət təsir göstərəcək”.

Milli Məclisin spikeri də öz növbəsində iqtidar-müxalifət dialoqunu müsbət dəyərləndirib. O qeyd edib ki, bu partiyalar dialoq istəyirlər, amma dialoq olanda da belə münasibət göstərirlər: “Siz kölgə-kölgə deyirsiniz, amma bunlar kölgə altında deyil, kök altındadırlar, ona görə də bu görüşlərdə iştirak etmirlər”.

Millət vəkili Fazil Mustafa da görüşü müsbət dəyərləndirərək qeyd edib ki, görüş çox səmərəli olub: “Kimlər ki, burada iştirak etmədi, böyük siyasi səhvə yol verdilər”.

Millət vəkili İqbal Ağazadə də qeyd edib ki, Azərbaycanda siyasi təşkilatların hakimiyyət ilə bir masa arxasında müxtəlif məsələləri müzakirə etməsi ancaq dövlətin, millətin xeyrinədir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm